Icma.az
close
up
RU
Iteca Caspian və Caspian Event Organisers 2025 ci ilin sərgi mövsümünü başa vurub

Iteca Caspian və Caspian Event Organisers 2025 ci ilin sərgi mövsümünü başa vurub

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda beynəlxalq sərgilərin təşkilatçıları olan “Iteca Caspian” və “Caspian Event Organisers” şirkətləri 2025-ci ilin sərgi mövsümünü uğurla yekunlaşdırıblar.

Bu il ərzində Bakıda müxtəlif istiqamətləri əhatə edən 13 beynəlxalq sərgi və 2 forum təşkil olunub. Keçirilən tədbirlər qida sənayesi, kənd təsərrüfatı, səhiyyə, su təsərrüfatı, tikinti, nəqliyyat və digər sahələrdə Azərbaycan iqtisadiyyatının inkişafına, xüsusilə də qeyri-neft sektorunun genişlənməsinə töhfə verən mühüm platformalara çevrilib.

Əvvəlki illərdə olduğu kimi 2025-ci ildə keçirilən beynəlxalq sərgilər də ölkə rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2025-ci ildə Bakıda təşkil edilən “Caspian Agro” və “InterFood Azerbaijan”, “Baku Energy Week” kimi iri miqyaslı tədbirləri ziyarət etmiş, iştirakçılarla görüşərək sərgilərin ekspozisiyası ilə tanış olmuşdur. Eləcə də, dövlət başçısı Xəzər İnşaat Həftəsinin iştirakçılarına ünvanladığı məktubda Qarabağın bərpası və yenidənqurulması prosesində bu tədbirin əhəmiyyətini vurğulamışdır.

Bütün bu sərgilər müvafiq dövlət qurumlarının və sahələr üzrə məsul strukturların dəstəyi ilə keçirilmişdir. Bu, dövlət səviyyəsində sərgi fəaliyyətinə göstərilən xüsusi diqqətin və qeyri-neft sektorunun inkişafına verilən önəmin göstəricisidir.

Yaxın günlərdə etdiyi çıxışların birində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkə iqtisadiyyatının hərəkətverici qüvvəsi kimi qeyri-neft sektorunun rolunu xüsusi vurğulayıb.

“Bu gün iqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsi qeyri-neft sektordur. Bu, bizim ümumi iqtisadiyyatımızın əksəriyyətini təşkil edir” deyə, cənab prezident qeyd edib.

Məhz bu fikirlər 2025-ci ildə keçirilən sərgilərin əsas ideyasını və məqsədini müəyyənləşdirib. Ölkə başçısının bu sözləri cari ildə keçirilən sərgilərin mövzu və istiqamətlərində də geniş şəkildə öz əksini tapmışdır. Beynəlxalq sərgilər Azərbaycanın iqtisadiyyatında qeyri-neft sektorunun payının artırılmasına və bu sahədə beynəlxalq əməkdaşlığın güclənməsinə xidmət edib.

Bu tədbirlər sayəsində ölkəyə qeyri-neft sənayesini təmsil edən çoxsaylı xarici şirkətlər və investorlar cəlb olunub. Onlar sərgilər çərçivəsində öz innovasiyalarını, qabaqcıl texnologiyalarını və təcrübələrini təqdim edərək, yerli bazarda yeni tərəfdaşlıqların və istehsal müəssisələrinin yaranmasına təkan veriblər.

2025-ci ildə Bakıda keçirilən beynəlxalq sərgilər 70-dən çox ölkədən 45000-dən çox peşəkar ziyarətçini qəbul edib. Bu sərgilərdə iştirak və ziyarət məqsədilə, ümumilikdə 9000-ə yaxın xarici qonaq Azərbaycana səfər edib. Sərgilər 60-dan çox ölkədən 1200-dək şirkəti bir araya gətirib ki, onlardan 700-dən çoxu xarici eksponentlər olub. Baş tutmuş sərgilərdə müxtəlif ölkələr daha geniş tərkibdə iştirak edərək, ölkə pavilyonları ilə təmsil olunub. Bu il ümumilikdə 17 ölkə milli pavilyonlar şəkilində sərgiyə qatılıb. Keçirilən tədbirlər çərçivəsində 70-dək çox panel sessiyalarında 300-ə yaxın məruzəçi çıxış edib, 700-dən yuxarı işgüzar görüşlər (B2B) baş tutub. Bununla yanaşı, “Baku Energy Week” çərçivəsində 13 startap layihəsi iştirak etmişdir.

Bu göstəricilər sərgilərin həm iştirakçı, həm də coğrafi baxımdan əhəmiyyətni vurğulayır və beynəlxalq biznesin Azərbaycan bazarına olan artan marağını təsdiqləyir.

Bütün sərgilər dövlət qurumlarının dəstəyi ilə həyata keçirilib. Əldə olunan nəticələr Azərbaycanın regionun aparıcı sərgi mərkəzi kimi mövqeyinin möhkəmlənməsini, eləcə də ölkə iqtisadiyyatının, xüsusilə də qeyri-neft sektorunun inkişafına verilən mühüm dəstək və töhfəni əks etdirir.

2025-ci ilin sərgi mövsümü bir daha göstərdi ki, Bakıda keçirilən beynəlxalq sərgilər iqtisadiyyatın davamlı inkişafına, investisiya mühitinin genişlənməsinə və qeyri-neft sektorunun güclənməsinə təkan verərək, ölkənin ümumi iqtisadi artımına mühüm şəkildə dəstək olur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://apa.az
archiveBu xəbər 05 Noyabr 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri