Icma.az
close
up
RU
ADNSU da 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

ADNSU da 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Yanvarın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) və Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) təşkilatçılığı ilə “20 Yanvar həqiqətlərinin dünyaya çatdırılmasında Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib. SİA xəbər verir ki, ənənəvi olaraq öncə ADNSU-nun 20 Yanvar şəhidləri - Rahim Babayevin, Canpolad Orucovun və Ağabəy Novruzbəylinin barelyefləri önünə gül dəstələri düzülüb, Milli Qəhrəman Mübariz İbrahimovun heykəli önünə əklil qoyulub. Şəhidlərin yaxınları və ailə üzvləri ilə birgə onların xatirəsi dərin ehtiramla yad edilib. Universitetin Akt zalında davam edən tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Sonra şəhidlərə həsr olunmuş “20 Yanvar “ filmi nümayiş olunub.

Açılış nitqi ilə çıxış edən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələrindən artıq 35 il ötdüyünü deyib və həmin dövrün siyasi proseslərindən, Azərbaycan xalqının öz müqəddaratını həll etməsi üçün etdiyi fədakarlıqlardan söz açıb. O, xalqın ağır günündə Ulu Öndər Heydər Əliyevin xalq, millət qarşısında əvəzsiz xidmətlərinin bu gün öz müsbət nəticəsini verdiyini deyib. Həmin çətin günlərdə ADNSU-nun şəhid olan tələbələrinin göstərdiyi qəhrəmanlığı qeyd edən dosent Vazeh Əskərov universitetdə onların daim qürurla xatırlandığını deyib, şəhidlərin yaxınlarına və ailə üzvlərinə tədbirdə iştirak etdiklərinə görə təşəkkürünü bildirib.TAİB-in sədri, YAP Veteranlar Şurasının üzvü, akademik, Sudeyif İmamverdiyev çıxış edərək qəhrəmanlıq tariximizdə istiqlaliyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi həkk olunan qanlı yanvar hadisələrinin Azərbaycan xalqının yaddaşında və tarixində qəhrəmanlıq səhifəsi kimi daim xatırlandığını və bu çətin günlərdə Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətlərinin gənc nəsilə çatdırılmasının önəmindən danışıb. Türk dövlətləri təşkilatının ağsaqqallar şurasının üzvü, dövlət xadimi, tarix elmləri doktoru Həsən Həsənov 20 Yanvar hadisələrinin müstəqillik tariximizdə oynadığı mühüm roldan bəhs edib. Bu tarixi proseslərdə Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətindən və cəsarətli addımlarından söz açan H.Həsənov Ulu Öndər hakimiyyətə gəlişi ilə Azərbaycan dövlətçiliyini xilas etməklə yanaşı, xalqımızın vahid ideologiya ətrafında birləşdirdiyini deyib. YAP İdarə Heyətinin üzvü, Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, professor Əfsun Sucayev 20 Yanvar faciəsinin Azərbaycan xalqının tarixində qanla yazılan tarix olması ilə yanaşı, həm də millətimizin qəhrəmanlıq dastanı kimi yaddaşlara həkk olunduğunu deyib. Professor Əfsun Sucayev diqqətə çatdırıb ki, 20 Yanvar faciəsi Azərbaycan xaqlıqının azadlıq və suverenlik uğurunda apardığı mübarizə əzminin sarsımaz olduğunu göstərdi. O, bu həqiqətlərin dünyaya çatdırılmasında Ulu Öndər Heydər Əliyevin rolunun əvəzsiz olduğunu qeyd edərək nəticə olaraq bu gün müasir Azərbaycan dövlətinin nəinki regionda, dünyada qalib, suveren, güclü dövlət kimi özünü təsdiq etdiyini vurğulayıb və bundan sora Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ancaq uğurlarına şahidlik edəcəyimizi deyib. Sonra YAP İdarə Heyətinin üzvü, AMEA-nın müxbir üzvü Amil İsmayılov, YAP İdarə heyyətinin üzvü, YAP Veteranlar Şurasının üzvü Tahir Quliyev, AMEA-nın əməkdaşı, professor, türkoloq, Güllü Məmmədli çıxış edərək ölkəmizin suverenliyi və azadlığı uğrunda mübarizə tarixində şərəfli yer tutan 20 Yanvar faciəsinin 35-ci ildönümündə bir zamanlar Ulu Öndərin ali təhsil aldığı zəngin tarixi olan ali təhsil müəssisəsində olmaqdan qürur hissi keçirdiklərini bildiriblər. Ulu Öndərin siyasi tariximizdə göstərdiyi xidmətlərindən, xalqımıza qarşı həyata keçirilən faciə və soyqrımlara siyasi və hüquq qiymət verilməsində atdığı böyük addımlardan, bu gün Ümummilli Liderin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin dəmir yumruq siyasətindən və ölkəmizdə aparılan uğurlu daxili və xarici siyasətdən danışıblar. Qeyd edilib ki, Bu gün Ulu Öndərin siyasi yolunu uğurla davam etdirən Prezident İlham Əliyev daim şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır.

Şəhid ailələri adından çıxış edən ADNSU-nun 20 yanvar şəhidi Ağabəy Novruzbəylinin atası Oqtay Novruzov hər il olduğu kimi, bu il də ADNSU-da 20 Yanvar şəhidlərinin xatirəsinin yad edilməsindən və şəhid ailələrinə göstərilən diqqətdən razı qaldıqlarını bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:213
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Yanvar 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see316

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see288

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see287

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see278

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see277

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see269

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see268

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see265

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see260

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see253

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see240

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see237

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see229

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see222

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see221

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see220

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see206

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see205

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri