Icma.az
close
up
RU
ADNSU “Green Metric 2025” reytinqində ciddi irəliləyiş əldə edib

ADNSU “Green Metric 2025” reytinqində ciddi irəliləyiş əldə edib

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) nüfuzlu “GreenMetric World University Rankings 2025”-də əhəmiyyətli irəliləyiş əldə edib. Belə ki, ADNSU qlobal sıralamada 166 pillə yüksələrək həm yerli, həm də beynəlxalq ali təhsil müəssisələri arasında ən dinamik inkişaf göstərən universitetlərdən biri olub. Agentlik tərəfindən açıqlanan yeni nəticələrə əsasən, ADNSU 2024-cü illə müqayisədə 2025-ci ildə 6457.5 bal toplayaraq (ötən il 5640 bal olub) 788-ci sıradan 622-ci yerə yüksəlib. Bu uğur universitetin ətraf mühitə məsuliyyət, resursların səmərəli idarə olunması və dayanıqlı akademik inkişaf sahələrində həyata keçirdiyi ardıcıl fəaliyyətlərin göstəricisidir. Qeyd olunan yüksəliş idarəetmə strukturunun gücləndirilməsi, ətraf mühitə təsirlərin monitorinqinin yaxşılaşdırılması, resurs səmərəliliyinin artırılması və dayanıqlılıq üzrə təhsil imkanlarının genişləndirilməsi ilə əlaqədardır. 2024-dən 2025-ci ilə keçiddə ən böyük inkişaf su idarəetməsi sahəsində qeydə alınıb, bu göstərici 46.88% artaraq bütün dayanıqlılıq indikatorları arasında ən yüksək nəticəni göstərib. Bu artım universitetdə su idarəetməsi, səmərəlilik tədbirləri və suya qənaət mexanizmlərinin əhəmiyyətli şəkildə yaxşılaşdırıldığını göstərir. İkinci ən böyük artım enerji və iqlim fəaliyyəti sahəsində müşahidə olunub, bu istiqamətdə 32.08% yüksəliş qeydə alınıb. Bu nailiyyət enerji səmərəliliyi təşəbbüslərinin gücləndirilməsi, bərpaolunan enerjiyə keçid tədbirlərinin genişləndirilməsi və iqlim yönümlü siyasətlərin tətbiqi nəticəsində ümumi ekoloji göstəricilərin yaxşılaşdığını təsdiqləyir. Bu uğurlar ADNSU-nun ətraf mühitə davamlı məsuliyyət öhdəliyini bir daha nümayiş etdirir. Növbəti mərhələdə diqqət dayanıqlı dizaynın daha geniş tətbiqinə, bərpaolunan enerji inteqrasiyasının artırılmasına, tədqiqat potensialının genişləndirilməsinə, məlumatların şəffaflığının yüksəldilməsinə və “sıfır tullantı” strategiyalarının sürətləndirilməsinə yönəldiləcək.

Hazırki nəticələrə əsasən qeyd edək ki, ADNSU qlobal dayanıqlılıq sahəsində daha da yüksəlməkdə qərarlıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Dekabr 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri