Icma.az
close
up
RU
ADP korrupsioner məmurların cəzasız qalmasına etiraz etdi

ADP korrupsioner məmurların cəzasız qalmasına etiraz etdi

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Korrupsiyada ittiham olunan məmurlara verilən şərti cəza korrupsiyaya təşviqdir”

Bu gün ADP İdarə Heyətinin toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata əsasən, toplantı iştirakçıları Qroznı səmasında baş verən təyyarə qəzası ilə bağlı məsələyə bir daha münasibət bildirib.

Demokratlar Rusiya tərəfindən törədilən bu hadisənin beynəlxalq istintaq komissiyası tərəfindən araşdırılmasının vacibliyini qeyd edib, dövlərtimizin terror mahiyyətli bu işin üstündə axıra qədər durmasının vacibliyini diqqətə çatdırıb.

İdarə Heyəti Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinə dair razılaşmaların davam etdirilməsi istiqamətində ardıcıl xəttin davam etdirilməsinin vacibliyinə də diqqət çəkib. Partiya 2025-ci ildə bu işin daha optimal şəkildə aparılması, Azərbaycan tərəfindən irəli sürülən şərtlərin qəbul edildiyi halda iki ölkə arasında vasitəçilər olmadan razılaşmalar əldə edilməsi üçün bütün diplomatik və siyasi resursları işə salmağı vacib hesab edib. ADP yetkililəri Ermənistan baş naziri Nikol Paşinyanın ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə bağlı Azərbaycan tərəfinin rəyinin nəzərə alınmasını gündəmə gətirməsini təqdir edib və bu cür jestlərin yekun sülh sazişinin bağlanmasına stimul olacağına inamını ifadə edib.

İdarə Heyəti son vaxtlar Qərb institutları, o cümlədən ABŞ-la münasibətlərin yaxşılaşdırılması istiqamətində atılan addımların gərəkli olduğunu, dövlət başçısı İlham Əliyevin ABŞ-la strateji müttəfiqlik sahəsində qarşı tərəfin istəklərinə uyğun Azərbaycanın addımlar ata biləcəyini gündəmə gətirməsini təqdir edib və bu addımları ölkəmizin xarici siyasətində Qərbə inteqrasiyanın prioritetləri ilə uyğunluq təşkil etdiyini diqətə çatdırıb.

İdarə Heyəti Naxçıvanda dövlət məmurlarının korrupsiya və rüşvətxorluq faktları üzrə başlanan məhkəmə işlərinin yekunu olaraq korrupsiyada əli olan şəxslər barədə məhkəmənin çıxardığı şərti cəza qərarının edilən əməllə adekvat olmadığını qeyd edib və bu cür yumşaq qərarların dövlət məmurlarının korrupsiya və rüşvətə təşviq edilməsi kimi qiymətləndirib.

İdarə Heyəti ictimai fəal Bəxtiyar Hacıyev barədə məhkəmənin çıxardığı 10 il həbs cəzasını ədalətsiz, qərəzli qərar kimi dəyərləndirib, bu cür qərarların ölkədə vətəndaş həmrəyliyinə, vətəndaş dövlət bağlılığına xidmət etmədiyini, insan hüquq və azadlıqları ilə bağlı ölkəmizin üzərinə götürdüyü öhdəliklərə zidd olduğunu bildirib və dövlət başçısını ölkədə siyasi məhbus probleminin köklü həlli üçün humanist addımlar atmağa çağırıb.

İdarə Heyəti son günlər bir sıra nazirlərin işdən azad edilməsi, onların yerinə mənfi reputasiyaya malik kadrların təyin edilməsi faktına diqqət çəkərək ölkədə yeridilən kadr siyasətinin heç də düzgün aparılmadığını qeyd edib, kadrların peşə hazırlığı, dövlətə, xalqa sədaqət prinsipinə uyğun deyil, şəxsi sədaqət prinsipi ilə seçilməsindən narahat olduğunu bildirib və hakimiyyəti kadr siyasətində beynəlxalq təcrübəyə söykənən meyarlara əsaslanmağa çağırıb.

İdarə Heyəti son vaxtlar səhiyyə sistemində kök salan rüşvətxorluq, korrupsiya, həkimlərin müvafiq sertifikasiya olmadan tibbi əməliyyatlar keçirməsi, nəticədə bir neçə şəxsin ölümü ilə nəticələnməsi, səhiyyə sisteminin biznes strukturuna çevrilməsi faktlarından narahatçılığını bildirib və hakimiyyəti ölkə əhalisinin sağlamlığını qorumaq missiyasını üzərinə götürən bu sahəyə nəzarəti gücləndirməyə çağırıb.

KƏNAN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 13 Yanvar 2025 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri