Icma.az
close
up
RU
AZAL a qarşı cinayətin cəzasız qalmasına Azərbaycan əsla razı olmayacaq

AZAL a qarşı cinayətin cəzasız qalmasına Azərbaycan əsla razı olmayacaq

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev açıqlamasında bildirib ki, Azərbaycan Rusiyadan AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı məsuliyyəti üzərinə götürməsini gözləyir.

Bəs bu qədər müddətdən sonra Rusiya bu məsuliyyəti öz üzərinə götürə bilərmi?

Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya hava məkanında xüsusi hərbi vasitələrlə vurulması sübuta, dəlilə ehtiyacı olmayan bir hadisədir:

"Çünki o, göz qabağında baş verən hadisədir. Amma Rusiya israr edir ki, o, mütləq komissiyanın yekun rəyini gözləyəcək və bundan sonra qiymətləndirmə aparacaqdır. Əslində bu cür yanaşma belə deməyə əsas verir ki, mövcud şərtlərə uyğun olaraq Rusiya bunu qəbul edə bilər, ya da bir neçə il keçdikdən sonra yeni hadisələrin inkişafı kontekstində bu məsələnin siyasi və hüquqi aktuallığının itirilməsi hadisəsi baş verər. Amma mənə elə gəlir ki, Rusiyanın hər iki yanaşması doğru deyil. Çünki Azərbaycan öz mövqeyində israrlıdır. Azərbaycan dövləti öz vətəndaşlarının təhlükəsizliyi üçün məsuldur və bunu ən yüksək səviyyədə həyata keçirir".

Millət vəkili vurğuladı ki, bu şəkildə dünyanın gözü qabağında baş vermiş bu cinayətin cəzasız qalmasına Azərbaycan əsla və əsla razı olmayacaq:

"Ona görə də mənə elə gəlir ki, bu, hər fürsətdə Azərbaycan prezidenti və onun köməkçisi tərəfindən bu məsələnin dilə gətirilməsi və ən sonuncu dəfə Şuşada keçirilən 3-cü Media Forumunda Azərbaycan prezidentinin bunu bir daha xatırlatması dövlətimizin vətəndaşlarımıza və Azərbaycana qarşı ədalətin bərpa olunmasında nə qədər israrlı olduğunun göstəricisidir. Hikmət Hacıyev də bunun gündəmdə nə qədər aktual bir məsələ olduğunu bir daha xatırlatmaqla əslində Azərbaycan vətəndaşlarına qarşı ədalətin, Azərbaycan dövlətinə qarşı beynəlxalq hüququn təmin olunmasının nə qədər zəruri olduğunu bir daha qeyd edibdir. Ona görə də əlbəttə ki, Rusiya bu məsuliyyətdən qaça bilməyəcəkdir. Gec də olsa, tez də olsa, mütləq bu hərəkəti törədənlər cavab verməli olacaqlar".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 İyul 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see375

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see143

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri