Icma.az
close
up
RU
ADPU da IX Beynəlxalq Türklərin Dünyası Sosial və Humanitar Elmlər Simpoziumu keçirilib

ADPU da IX Beynəlxalq Türklərin Dünyası Sosial və Humanitar Elmlər Simpoziumu keçirilib

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Oktyabrın 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) IX Beynəlxalq Türklərin Dünyası Sosial və Humanitar Elmlər Simpoziumunun açılışı baş tutub. Tədbirdə Türkiyə, Qazaxıstan, Özbəkistan və Azərbaycanın müxtəlif ali təhsil müəssisələrindən gələn alim və tədqiqatçılar iştirak edib.

ADPU-nun rektoru professor Cəfər Cəfərov çıxış edərək simpoziumun Türk dünyası üçün əhəmiyyətini vurğulayıb. O bildirib ki, bu cür beynəlxalq elmi platformalar ortaq mədəni irsin araşdırılması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Rektor, həmçinin ADPU-nun 104 illik tarixi ərzində türkoloji istiqamətdə elmi əməkdaşlığa daim xüsusi önəm verdiyini qeyd edib. Simpoziumun məqsədinin ortaq irsi daha dərindən öyrənmək, gələcək nəsillərə doğru və zəngin şəkildə çatdırmaq və türk xalqları arasında elmi, mədəni və ictimai əlaqələri daha da gücləndirmək olduğunu qeyd edən rektor türk xalqlarının mədəni inteqrasiyasında, milli-mənəvi birliyin formalaşmasında böyük əhəmiyyətə malik olduğunu bildirib.

Türklərin Dünyası İnstitutunun İdarə Heyətinin Sədri professor Necati Demir isə Türk dünyasının vahid elmi məkan kimi formalaşmasının vacibliyini diqqətə çatdırıb və konfransın vacibliyini vurğulayıb. O, qeyd edib ki, bu kimi simpoziumlar təkcə elm adamlarının fikir mübadiləsi üçün deyil, həm də ortaq kimliyin, ortaq düşüncə və strateji vizyonun formalaşmasına xidmət edir. Professor Demirin sözlərinə görə, Türk xalqları arasında vahid elmi məkanın yaradılması gələcək nəsillərin birlik ruhunda yetişdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

ADPU Türkoloji Mərkəzin direktoru f.ü.f.d. Şəkər Məmmədova, ADPU Türkoloji Mərkəzin Türk tarixi bölməsinin müdiri dos. Dəyanət Musayev, Daşkənd Dövlət Hüquq Universitetinin dosenti Şahnoza Ziyamuhamedova,  ADPU Türkoloji Mərkəzin Türk dilləri bölməsinin müdiri professor Mirvari İsmayılova çıxışlarında Türk xalqları arasında ortaq dəyərlərin qorunmasının və birgə elmi layihələrin zəruriliyini vurğulayıblar.

Simpozium çərçivəsində türk dilləri, ədəbiyyatı, tarixi, folkloru, mədəni irsi və ənənəvi türk oyunları mövzularında məruzələr təqdim olunacaq. Bir neçə gün davam edəcək elmi sessiyalarda müxtəlif universitetlərdən olan alimlər arasında fikir mübadiləsi aparılacaq.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim ediləcəyi gözlənilir.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Oktyabr 2025 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri