Icma.az
close
up
RU
Tekirdağda II Beynəlxalq Balkan Simpoziumu keçirilib

Tekirdağda II Beynəlxalq Balkan Simpoziumu keçirilib

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tekirdağ Namık Kemal Universitetinin ev sahibliyi ilə, Fənn-Ədəbiyyat Fakültəsinin Tarix kafedrası və Balkan Araşdırmaları Tətbiq və Tədqiqat Mərkəzinin (BALKAM) birgə təşkilatçılığı, Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar İdarəsinin (YTB) dəstəyi ilə “II Beynəlxalq Balkan Simpoziumu” keçirilmişdir. “Balkanlarda Osmanlı Mədəniyyəti və Sivilizasiyası” mövzusuna həsr olunan beynəlxalq elmi tədbir Tekirdağ Namık Kemal Universitetinin Rektorluq Konfrans Zalında iki gün davam etmişdir.

Simpoziumun açılış mərasimində çıxış edən Tekirdağ Namık Kemal Universitetinin rektoru, professor doktor Mümin Şahin Balkan coğrafiyasının tarixi və mədəni əhəmiyyətini vurğulamış, Balkanların Osmanlı mədəni irsinin formalaşdığı əsas məkanlardan biri olduğunu bildirmişdir. Rektor qeyd etmişdir ki, Balkanlarda Osmanlı mədəniyyəti və sivilizasiyasının öyrənilməsi yalnız keçmişin araşdırılması deyil, həm də bu günün düzgün dərk edilməsi və gələcək elmi istiqamətlərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Çıxışında universitetin beynəlmiləşmə siyasətinə də toxunan Rektor Mümin Şahin ali təhsil müəssisəsində təhsil alan təxminən 2 min xarici tələbədən 600-nün Balkan ölkələrindən olduğunu diqqətə çatdırmış və Balkan regionu ilə akademik və mədəni əməkdaşlığın prioritet istiqamətlərdən biri olduğunu vurğulamışdır.

Beynəlxalq simpoziumun açılış panel iclasında Türkiyənin aparıcı ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən tanınmış alimlər çıxış edərək Balkanlarda Osmanlı mədəniyyəti və sivilizasiyasının tarixi davamlılığı, əsas elmi mənbələri, dövrlər üzrə inkişaf mərhələləri və transformasiya proseslərini müxtəlif elmi aspektlərdən təhlil etmişlər.

Simpoziumun birinci günündə keçirilən elmi oturumlarda Balkanlarda Osmanlı dövrünə aid tarix, mədəniyyət, memarlıq, şəhərsalma və təhsil mövzularında məruzələr təqdim olunmuşdur. Məruzələrdə Bosniya, Albaniya, Monteneqro, Bolqarıstan, Şimali Makedoniya və digər Balkan bölgələrində Osmanlı irsinin izləri, sosial institutların fəaliyyəti, mədəni yaddaşın formalaşması və qorunması məsələləri geniş müzakirə edilmişdir.

Beynəlxalq simpoziumda Azərbaycanı Bakı Slavyan Universitetinin Balkanşünaslıq kafedrasının müdiri filologiya elmləri doktoru, dosent Nurlana Mustafayeva təmsil etmişdir. Balkanşünaslıq kafedrasının müdiri Nurlana Mustafayeva simpoziumun birinci günündə keçirilən ilk bölmədə “Azərbaycanda Balkan tədqiqatları” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə Azərbaycanda Balkanşünaslıq istiqamətinin qısa müddət ərzində elmi platforma səviyyəsinə yüksəlməsi, bu sahənin sistemli şəkildə inkişaf etdirilməsi və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələlərinə toxunulmuşdur.

Nurlana Mustafayeva qeyd etmişdir ki, Balkanşünaslığın Azərbaycanda formalaşması və inkişafı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi müstəqil və çoxvektorlu xarici siyasətin məntiqi nəticəsidir. İlk dəfə məhz Bakı Slavyan Universitetində yaradılan Balkanşünaslıq kafedrası Balkan regionu üzrə tədqiqatlar aparan xarici universitet və elmi mərkəzlərlə sıx əməkdaşlıq edərək araşdırma coğrafiyasını davamlı şəkildə genişləndirir. Qısa müddət ərzində Beynəlxalq Balkanşünaslıq Konfransına ev sahibliyi edən Bakı Slavyan Universiteti Balkan tədqiqatları üzrə beynəlxalq elmi platformanın formalaşdırılmasına nail olmuşdur.

Məruzədə Balkan xalqlarının dili, tarixi, mədəniyyəti, ədəbiyyatı, etnoqrafiyası və siyasətinin öyrənilməsi ilə yanaşı, Türk dünyasının ayrılmaz tərkib hissəsi olan Balkan türklüyünün araşdırılmasının əsas prioritetlərdən biri olduğu vurğulanmışdır. Eyni zamanda Balkanlarda yaşayan türklərin tarixi və mədəni irsinin Qafqazda yaşayan Azərbaycan türklərinin tarixi və ədəbiyyatı ilə müqayisəli şəkildə tədqiq edilməsinin elmi əhəmiyyəti xüsusi qeyd olunmuşdur.

Simpoziumun ikinci günündə Balkanlarda vəqf sistemi, modernləşmə prosesləri, təhsil siyasəti və imar fəaliyyəti ilə bağlı elmi məruzələr dinlənilmiş, Osmanlı imperiyasının Balkan coğrafiyasında mədəniyyətlərarası əlaqələrin formalaşmasında oynadığı rol ətraflı şəkildə müzakirə olunmuşdur.

Akademik müzakirələr üçün beynəlxalq platforma rolunu oynayan II Beynəlxalq Balkan Simpoziumu alimlər arasında elmi əməkdaşlığın genişlənməsinə, Balkanlar üzrə aparılan tədqiqatların təşviqinə və ortaq tarixi-mədəni irsin daha dərindən öyrənilməsinə mühüm töhfə vermişdir. Simpozium yekun iclasla öz işini uğurla başa çatdırmışdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 25 Dekabr 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see336

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see320

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see314

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see285

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see280

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see271

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see259

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see256

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see247

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see245

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see239

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see238

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see234

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see224

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see207

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see200

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see194

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see179

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri