Icma.az
close
up
RU
Türkiyədə V Beynəlxalq Türk Dünyası Təhsil və Sosial Elmlər Konfransı keçirildi Yeni Çağ Media

Türkiyədə V Beynəlxalq Türk Dünyası Təhsil və Sosial Elmlər Konfransı keçirildi Yeni Çağ Media

Yenicag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

22-23 noyabr tarixlərində Türk Eğitim-Sen və Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin təşkilatçılığı ilə V Beynəlxalq Türk Dünyası Təhsil və Sosial Elmlər Konfransı keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirdə 47 ölkədən 1574 elm və mədəniyyət nümayəndəsi iştirak edib. Azərbaycanı bu mötəbər tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Elmi konfransda Şimali Kipr Türk Respublikası Əmək və Sosial Müdafiə naziri Sadıq Gardiyanoğlu, Türk Eğitim-Sen və Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin sədri Talip Geylan, eləcə də Qazaxıstan, Qırğızıstan, Şimali Kipr, Kosovo, Makedoniya, Rumıniya və İraqdan olan təhsil işçiləri həmkarlar ittifaqlarının liderləri iştirak ediblər.

Konfrans çərçivəsində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev V Beynəlxalq Türk Dünyası Təhsil və Sosial Elmlər Konfransının fəxri münsiflər heyətinə üzv seçilib.

Qeyd edək ki, 2017-ci ildən etibarən Türk Eğitim-Sen və Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin təşəbbüsü ilə təşkil olunan bu konfranslar türkdilli ölkələr arasında elm, təhsil, sosial və mədəni əməkdaşlığın gücləndirilməsinə xidmət edir. Eyni zamanda, bu tədbirlər yüzlərlə türkdilli gənc alimin yetişməsinə, onların beynəlxalq elmi arenaya çıxışına şərait yaradır.

www.yenicag.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 22 Noyabr 2024 21:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see364

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see190

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see148

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see142

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see141

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see137

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see137

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see132

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see131

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see129

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see128

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see124

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see121

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see119

Flamingo nun təqdimatı ilk dəfə onlayn nümayiş olunub...

01 Sentyabr 2025 00:05see118

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see116

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see116

Bundesliqa: Borussiya Dortmund dan darmadağın

01 Sentyabr 2025 00:27see114

“Atletiko” “Mançester Siti”nin futbolçusunu istəyir

01 Sentyabr 2025 05:39see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri