Icma.az
close
up
RU
ADPU nun rektoru: Elm və təhsil millət quruculuğunda strateji əhəmiyyət daşıyır

ADPU nun rektoru: Elm və təhsil millət quruculuğunda strateji əhəmiyyət daşıyır

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 12 mart, AZƏRTAC

Martın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Elm Gününə həsr olunmuş elmi seminar təşkil olunub.

ADPU-dan AZƏRTAC-a verilən məlumata görə, açılış nitqi ilə çıxış edən universitetin elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov Elm Gününün tarixi və mahiyyəti haqqında ətraflı məlumat verib. Prorektor bildirib ki, müasir dövrdə elmin inkişafı dövlətlərin tərəqqisinin əsas amillərindən biri hesab olunur və güclü dövlət quruculuğunda elmi potensialın rolu danılmazdır. O, Azərbaycanda elmin inkişafına göstərilən dövlət qayğısından bəhs edərək bildirib ki, ölkə rəhbərliyi tərəfindən həyata keçirilən siyasət elmi fəaliyyətin genişlənməsi, gənc alim və tədqiqatçıların dəstəklənməsi üçün geniş imkanlar yaradır. Xüsusilə gənclərin elmi fəaliyyətə cəlb olunması istiqamətində qəbul olunan dövlət proqramları, Prezident sərəncamları və gənclər siyasəti bu sahədə mühüm rol oynayır.

Prorektor ADPU-da elmi mühitin inkişafı istiqamətində görülən işlərdən də söz açıb. Bildirilib ki, universitetdə gənc tədqiqatçıların elmi fəaliyyətini stimullaşdırmaq məqsədilə müxtəlif layihələr və təşəbbüslər həyata keçirilir. Bu baxımdan ADPU-da nəşr olunan “Magistrant” dövri-elmi jurnalının xüsusi əhəmiyyət daşıdığını qeyd edən professor Asəf Zamanov vurğulayıb ki, jurnal magistrantların ilk elmi məqalələrinin çapı, elmi yazı bacarıqlarının formalaşdırılması və onların akademik fəaliyyətə inteqrasiyası baxımından mühüm platformadır. Eyni zamanda, prorektor universitetdə ənənəvi olaraq keçirilən “İlin gənc alimi və tədqiqatçısı” müsabiqəsinin gənc tədqiqatçılar üçün mühüm stimul rolunu oynadığını bildirib. Qeyd edilib ki, bu cür təşəbbüslər gənc alimlərin elmi fəaliyyətə marağını artırmaqla yanaşı, onların elmi potensialının üzə çıxarılmasına da xidmət edir. Asəf Zamanov çıxışında hər il təşkil olunan magistrantların respublika elmi konfransından da bəhs edib. Prorektor qeyd edib ki, artıq ənənə halını almış bu konfrans ölkənin müxtəlif ali təhsil müəssisələrində təhsil alan magistrantların elmi müzakirələr aparması, tədqiqat nəticələrini təqdim etməsi və elmi əlaqələr qurması baxımından mühüm platformadır. Bu il artıq 9-cu dəfə keçiriləcək konfransın gənc tədqiqatçıların elmi fəaliyyətinin inkişafına xüsusi töhfə verdiyi vurğulanıb.

AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov elmin inkişaf istiqamətləri, alim kadrların yetişdirilməsi sahəsində qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib. Alim kadrların yetişdirilməsi məsələsinə xüsusi diqqət yetirən Misir Mərdanov vurğulayıb ki, magistratura və doktorantura pillələri elmi kadr potensialının formalaşmasında mühüm mərhələ hesab olunur. Bildirilib ki, universitetlər yalnız tədris müəssisələri deyil, həm də elmi düşüncənin formalaşdığı və inkişaf etdiyi mühüm elmi mərkəzlər olmalıdır.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov müasir dövrün tələblərinə cavab verən kadr hazırlığının vacibliyini vurğulayaraq, universitetdə bu istiqamətdə həyata keçirilən işlərdən, xüsusilə magistr səviyyəsində ixtisaslaşmaların məzmununun yenilənməsi, yeni fənn proqramlarının hazırlanması və tədris prosesinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində görülən işlərdən bəhs edib. C.Cəfərov qeyd edib ki, bu sahədə artıq müəyyən işlər görülsə də qarşıda daha geniş və sistemli fəaliyyətin həyata keçirilməsi zəruridir. Ziyalıların cəmiyyətin inkişafında və milli düşüncənin formalaşmasında xüsusi rol oynadığını qeyd edən professor Cəfər Cəfərov elm və təhsilin millət quruculuğunda strateji əhəmiyyət daşıdığını bildirib.

Tədbir sonda diskussiya və müzakirələrlə davam edib, iştirakçılar elmin inkişafı, gənc tədqiqatçıların dəstəklənməsi və ali təhsil müəssisələrində elmi fəaliyyətin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Mart 2026 21:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri