Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

Birbank ın bu xidməti niyə işləmir?

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

ABB də xəbərdarlıqsız komissiya

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Milli Konservatoriyanın rektoru: Ənənəvi musiqi sahəsində elmi mübadilənin gücləndirilməsi strateji əhəmiyyət daşıyır

Milli Konservatoriyanın rektoru: Ənənəvi musiqi sahəsində elmi mübadilənin gücləndirilməsi strateji əhəmiyyət daşıyır

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 20 noyabr, AZƏRTAC

I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumu çərçivəsində təqdim olunan fikir və təşəbbüslər türk xalqlarının ortaq musiqi irsinin sistemli şəkildə araşdırılmasına, yeni tədqiqat layihələrinin formalaşmasına və regional mədəni əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edəcək.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, bu fikirləri Azərbaycan Milli Konservatoriyasının rektoru professor Kamilə Dadaş-zadə Akademiyanın Mərkəzi Elmi Kitabxanasında keçirilən I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumunda çıxışı zamanı səsləndirib.

Alim simpoziumun türk xalqlarının mədəni inteqrasiyası, elmi əməkdaşlıq mühiti və ortaq mədəni dəyərlər ətrafında sıx birləşməsi üçün mühüm platforma rolunu oynadığını bildirib.

Professor Kamilə Dadaş-zadə tədbirin əsas məqsədinin türk xalqlarının ənənəvi musiqi mədəniyyəti sahəsində apardığı tədqiqatların ümumiləşdirilməsi, yeni elmi nəticələrin paylaşılması və aktual yanaşmaların müzakirəsindən ibarət olduğunu qeyd edib.

Onun sözlərinə görə, XXI əsrdə postqlobal dünyada müşahidə olunan mürəkkəb ictimai-mədəni proseslər fonunda türk xalqlarının etnik kimliyinin mühüm göstəricisi olan ənənəvi musiqinin müasir elmi paradiqma çərçivəsində araşdırılması zərurətə çevrilib. Bu baxımdan simpozium həm nəzəri, həm də praktik tədqiqat istiqamətlərinin dəqiqləşdirilməsi üçün mühüm imkanlar yaradır.

Rektor bildirib ki, bu elmi tədbir yalnız mədəni irsin qorunmasına deyil, həm də Türk dünyasında mədəni inteqrasiyanın optimal yollarının müəyyənləşdirilməsinə, ortaq musiqi yaddaşının gələcək nəsillərə ötürülməsinə xidmət edir. O, ənənəvi musiqinin türk xalqlarını birləşdirən mənəvi və tarixi bağlardan biri olduğunu deyərək, bu sahədə elmi mübadilənin güclənməsinin strateji əhəmiyyət daşıdığını vurğulayıb.

Professor Kamilə Dadaş-zadə, həmçinin cari ildə musiqişünas-alim Tahirə Kərimovanın ustad sənətkar Kalvalı Əli Dədənin yaradıcılığına həsr olunmuş “Azərbaycan musiqisinin Əli Dədə zirvəsi” kitabının çap olunduğunu diqqətə çatdırıb, bu nəşri Türk dünyasının musiqi irsinə dəyərli töhfə kimi qiymətləndirib. O, kitabın həm elmi ictimaiyyət, həm də ənənəvi musiqi araşdırmacıları üçün əhəmiyyətli mənbə kimi çıxış etdiyini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see388

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see225

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see194

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see142

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see141

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see133

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see132

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see131

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri