Icma.az
close
up
RU
Adriatik sahillərində Azərbaycan sərgisi

Adriatik sahillərində Azərbaycan sərgisi

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

İtaliyanın Kassin şəhərində “Sən1Sən” Beyin Mərkəzi, Azərbaycan Fotoqrafları Birliyi (AFB) və “F37 Union” müstəqil fotoqrafiya platformasının birgə sərgisi təşkil olunub.

“Giovani Emozioni” və “Vətən mən” sərgiləri XVII əsrə aid abidə kimi qorunan “Palazzo Mandrilli” Qalereyasında keçirilib. Sərgidə 40-dan çox rəssam və fotoqrafın əsərləri nümayiş etdirilib.

“Giovani Emozioni” – gənc Azərbaycanlı rəssamların sərgisi Azərbaycan təsviri sənətinin klassik köklərindən çıxıb müasir ifadə vasitələri ilə qlobal dialoqa qoşulduğunu nümayiş etdirir. Əsərlər rəssamların şəxsi dünyagörüşü, emosional təcrübəsi və estetik axtarışlarının sənətə çevrilmiş nümunəsidir.

Digər sərgi – “Vətən mən” isə foto əsərlərindən ibarətdir. İnsanın vətənə mənəvi bağlılığını, şəxsiyyətin coğrafi və mədəni köklərlə münasibətini ehtiva edir. Burada Azərbaycan təbiət mənzərələrində, şəhər küçələrində, tarixi abidələrdə, insan simalarında yaddaqalan detallarda təqdim olunur. Hər kadr həm şəxsi baxış, həm də kollektiv yaddaşın vizual parçasıdır.

Sərgi ilə Kassin şəhərinin meri, şəhər sakinləri və turistlər tanış olublar. Qeyd edək ki, “Sən1Sən” Beyin Mərkəzi mütəmadi olaraq ölkəmizin mədəniyyətini İtaliyada müxtəlif formatlı tədbirlərdə sərgiləyir. Bu ilin may ayında mərkəz məşhur ThinkTank Palazzo-nun əsas salonunda Beynəlxalq İncəsənət Qalereyasını da uğurla açıb.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 İyul 2025 01:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see504

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see315

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see287

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see276

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see275

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see275

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see272

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see268

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see268

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see246

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see241

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see239

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see237

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see232

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see220

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see216

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see214

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see208

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri