ADSEAnın rəhbəri və Rusiya Su Ehtiyatları Agentliyinin sədri arasında görüş keçirilib
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
COP29 çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov və Rusiya Federasiyasının Su Ehtiyatları Agentliyinin sədri Dmitriy Kirillov arasında yüksək səviyyəli ikitərəfli görüş keçirilib.
Bu barədə "APA-Economics"ə ADSEA-dan bildirilib.
Görüşdə qlobal iqlim dəyişikliklərinin təsirləri, transsərhəd su ehtiyatlarının idarə olunmasında tərəfdaşlığın vacibliyi, həmçinin Xəzər dənizindəki ekoloji problemlərin həlli ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub.
Tərəflər regional əməkdaşlığın gücləndirilməsi, innovativ həllərin inkişafı, birgə su ehtiyatlarının davamlı istifadəsini və qorunmasını təmin etmək üçün bilik mübadiləsinin əhəmiyyətini vurğulayıblar.
Bu görüş, hər iki ölkənin davamlı su idarəçiliyini inkişaf etdirmək öhdəliyini bir daha nümayiş etdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 19 Noyabr 2024 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















