Icma.az
close
up
RU
ADU da Avropa dilləri günü qeyd edilib FOTOLAR

ADU da Avropa dilləri günü qeyd edilib FOTOLAR

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Sentyabrın 26-da ADU-da “Avropa dilləri günü” münasibətilə tədbir keçirilib. Görüşdə müəllimlər, tələbələr və mətbuat nümayəndələri iştirak ediblər.

ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova “Avropa dilləri günü” münasibətilə təşkil olunan tədbirin əhəmiyyətindən danışıb.

ADU-nun rektoru, akademik Kamal Abdulla Belçika Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponu və Polşa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Pavel Radomskini salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib.

Qeyd olunub ki, ADU-da iyirmidən çox dil tədris olunur. Tələbələr müasir tədris metodları ilə xarici dil biliklərinə yiyələnir, müxtəlif mübadilə proqramlarında iştirak edirlər.

ADU-nun QS reytinqlər cədvəlində uğurlu nəticə əldə etməsindən danışan rektor beynəlxalq əlaqələrin qurulmasında görülən işlər haqqında məlumat verib.

ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla bu günün yalnız Avropa üçün deyil, bütün dünya üçün əlamətdar olduğunu deyib.
Bildirilib ki, həm Polşa, həm də Belçika respublikaları Azərbaycanın sıx əməkdaşlıq etdiyi ölkələr sırasındadır. Bu əməkdaşlıq özünü elmi, mədəni sahələrdə də göstərməkdədir.

Səmimi qarşılanmaya və qonaqpərvərliyə görə təşəkkürünü bildirən Polşa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Pavel Radomski ölkələr arasında elmi, mədəni əlaqələrin qurulmasının vacibliyindən danışıb.

Bildirilib ki, ADU-da Polyak dilinin tədrisi bu əlaqələrin inkişafına müsbət töhfə verir.

Belçika Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Julyen de Frepon Avropa dilləri gününə həsr olunan tədbirdə iştirak etməkdən məmnun olduğunu bildirib. O, multikulturalizmin, dil müxtəlifliyinin Avropa İttifaqının əsasını təşkil etdiyini söyləyib.
Səfir çıxışında ölkələr arasında dil və mədəniyyət sahəsində görülən işlər haqqında danışıb.

Söylənilib ki, müasir dünyada dil və mədəniyyət xalqların bir-birinə yaxınlaşması və tanıdılması baxımından böyük önəm kəsb edir.
Görüş tələbələrin sualları ilə davam edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 29 Sentyabr 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see425

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see319

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see237

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see233

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see228

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see227

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see224

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see217

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see212

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see206

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see197

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see193

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see189

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see188

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see188

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see187

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see184

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see181

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see174

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri