Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

ADU məzunlarının konfransı keçirildi FOTOLAR

ADU məzunlarının konfransı keçirildi FOTOLAR

Manset saytına istinadən Icma.az xəbər verir.

Aprelin 4-də Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla və universitet kollektivi Zaqatala rayonuna səfər ediblər. Ulu öndər Heydər Əliyevin büstü ziyarət olunub, önünə gül dəstələri qoyulub.

Manset.az xəbər verir ki, Zaqatala rayon icra başçısı Mübariz Əhmədzadə ADU rəhbərliyini və kollektivini salamlayıb, ADU məzunlarının professionallıq və peşə vərdişlərinin təkmilləşdirilməsi” 2-ci regional konfransının əhəmiyyətindən danışıb. Qeyd olunub ki, ADU-nun region təhsil qurumları arasında elmi, mədəni əməkdaşlıq üçün əlverişli imkanlar mövcuddur.

Səmimi qarşılanmaya və qonaqpərvərliyə görə təşəkkürünü bildirən ADU-nun rektoru, akademik Kamal Abdulla qeyd edib ki, ADU hər zaman öz məzunlarını diqqətdə saxlayır. Bu məqsədlə regionlarda əmək fəaliyyəti ilə məşğul olan məzunlarla mütəmadi əlaqə saxlanılır, ADU-nun peşəkar professor-müəllim heyəti tərəfindən təlim və seminarlar təşkil olunur.

Zaqatala rayon Heydər Əliyev Mərkəzi ziyarət olunub. Ulu öndər Heydər Əliyevin həyat fəaliyyətini əks etdirən stendlərə baxılıb.

Daha sonra konfransın açılış mərasimi baş tutub. Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə tədbir iştirakçılarını salamlayıb, konfransın önəmindən söz açıb. ADU məzunlarının professionallıq və peşə vərdişlərinin təkmilləşdirilməsi istiqamətində keçirilən görüşlər, təşkil olunan seminar və təlimlər mühüm əhəmiyyət kəsb edir.

Mübariz Əhmədzadə Azərbaycanda təhsili istiqamətində görülən mühüm işlər haqqında danışıb. Ulu öndər Heydər Əliyevin təhsil siyasətinin əhəmiyyəti diqqətə çatdırılıb, Prezident İlham Əliyevin təhsil sahəsinə diqqət və qayğısı vurğulanıb.

ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla məzunlarla işin düzgün qurulmasının, onların diqqətdə saxlanılmasının vacibliyindən danışıb:

"Məzunlarla görüşmək bizim üçün sevindirici haldır. Biz hesab edirik ki, məzunlarla görüş onların peşə vərdişlərinə və peşəkarlıq səviyyəsinə öz müsbət təsirini göstərir. Bizi düşündürən məsələlər əsasən məzunlarımızın pedaqoji fəaliyyətini dəstəkləmək, onları yeni tədris metodları ilə qarşılıqlı şəkildə tanış etməkdir. Keçiriləcək seminarlar, təlimlər, görüşlər gələcək elmi əməkdaşlıq üçün də əlverişli imkanların yaradılması deməkdir. Ulu öndər Heydər Əliyevin tələblərlə bağlı fikrini daima xatırlayır və səsləndirirəm. Ulu öndər Heydər Əliyev tələbələrlə görüşündə üzünü bizə tutub demişdir: Bu tələbələr mənim sizə əmanətimdir. Bu fikir bizim təhsil strategiyamızın əsas ideyasına çevrilib”.

ADU-da tədris olunan xarici dillər haqqında məlumat verilib. QS reytinqlər cədvəlində ADU-nun uğurları barədə danışılıb. Qeyd olunub ki, ADU son illər beynəlxalq əlaqələrin qurulmasında da fəallığı ilə seçilir. Bu da təhsilin keyfiyyətinə və tədrisin müasir metodlarla aparılmasına mühüm təsir göstərir.

Milli qəhrəman Mübariz İbrahimov adına Biləsuvar rayon bağça-lisey kompleksinin direktoru Aqşin Bağırov konfrans iştirakçılarını salamlayıb, konfransın önəmindən söz açıb. Liseyin fəaliyyəti haqqında məlumat verilib, ADU-nun regional konfransının ilk dəfə olaraq Biləsuvarda keçirilməsi diqqətə çatdırılıb.

Qeyd olunub ki, ADU regional konfranslar keçirməklə, öz məzunlarını diqqətdə saxlamaqla təhsildə yeniliyə imza atmış olur.

ADU-nun Təhsil fakültəsinin dekanı, professor Hikmət Əlizadə konfrans iştirakçılarını salamlayıb, konfransın əhəmiyyəti haqqında danışılıb. Bildirilib ki, əməkdaşlıq prinsipi olduqca vacib elementlərdən biridir. Təhsil prinsipləri haqqında məlumat verən dekan regional konfransların keçirilməsinin gələcək elmi nailiyyətlərin əldə olunması üçün zəruri olduğunu vurğulayıb.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova konfransının fəaliyyətinə uğurlar arzulayıb. O, Regional Təhsil idarəsinin fəaliyyəti haqqında məlumat verilib.

Şagirdlərin təlim-tərbiyəsi, bilik və bacarıqlarının artırılması istiqamətində dövlət siyasətinə uyğun işlərin aparılması diqqətə çatdırıb. ADU-nun regional konfransının altı rayonu əhatə etməsi və bununla da xarici dilləri tədris edən müəllimlərin pedaqoji fəaliyyətini dəstəkləmək baxımından önəmdən bəhs olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:278
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 05 Aprel 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see745

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see417

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see289

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see282

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see265

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see264

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see262

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see257

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see244

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see231

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see225

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see224

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see223

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see221

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see220

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see217

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see208

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see203

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see203

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri