Icma.az
close
up
RU
ADU da tədbir keçirildi FOTOLAR

ADU da tədbir keçirildi FOTOLAR

Icma.az bildirir, Manset saytına əsaslanaraq.

Aprelin 3-də Azərbaycan Dillər Universitetində  “XX yüzillikdə Cənubi Qafqazda Azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırım və deportasiyalar” mövzusunda tədbir keçirilib. Dövlət Himni səsləndirilib. Qərbi Azərbaycanla bağlı hazırlanan videoçarx izlənilib.


Manset.az xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, tədbirin  əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Qərbi Azərbaycan icmasının yaradılması və uğurlu fəaliyyəti mühüm tarixi anlam kəsb edir: “Bu gün Qərbi Azərbaycan ifadəsi özündə çox önəmli siyasi, elmi, mədəni, tarixi aspektləri ehtiva edir. Bu gün Azərbaycan bütün dünyaya öz həqiqətlərini çatdırmaqda daha inamlı, daha güclü, daha tutarlı əsaslara malikdir. Bu inam, bu güc, bu tutarlı əsaslar bizim məsuliyyətimizi artırmış olur.

Cənab Prezident Qərbi Azərbaycanla bağlı bir çox məsələlərdə atılacaq addımları Zəfər günlərindən sonra da davam etdirməyi lazım bilir. Ali Baş  Komandan kimi rəhbərimizin çox gözəl siyasi vərdişi var: heç bir problemin dondurulmasına imkan vermir. Qarabağ məsələsinin də dondurulmasına çalışan qüvvələrə bu imkanı verməməklə, bir daha böyük siyasi iradəsini göstərmiş oldu. Qərbi Azərbaycanla bağlı məsələlərdə də buna imkan verilməyəcək, tarixi ədalət öz yerini tapacaqdır. Biz buna inanırıq, bütün gücümüzlə çalışırıq ki, bu işə öz töhfəmizi verək”.

Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli tədbir iştirakçılarını salamlayıb, təşkilatçılara təşəkkürünü bildirib. Qeyd olunub ki, Qərbi Azərbaycana Qayıdış böyük bir prosesdir. Qayıdış  prosesini sürətləndirmək üçün hər bir Azərbaycanlı fəal olmalıdır. Bu fəallıq təkcə siyasi müstəvidə yox, təhsil, elm, mədəniyyət sahələrdə də özünü göstəməlidir. 

Almaniyada yaşayan yazıçı, tərcüməçi Orhan Aras video-formatda çıxış edib. Qeyd olunub ki, ermənilərin tarix boyu türklərə, xüsusən də Azərbaycanlılara qarşı amansız soyqırım siyasəti olub. Soydaşlarımız etnik təmizləmələrə, deportasiyalara, soyqırımlara məruz qalaraq həmin coğrafiyalardan zorla köçürüldükdən, çıxarıldıqdan sonra bu ərazilərdəki Azərbaycan izləri ermənilər tərəfindən silinib, məhv edilib.

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü, professor Mahirə Nağıqızı tədbirin önəmindən söz açıb. Qeyd olunub ki, Qərbi Azərbaycana qayıdış prosesi özünü bütün sahələrdə göstərməlidir. Azərbaycan xalqı ötən iki əsr ərzində silahlı münaqişələr, işğal, etnik təmizləmə, zorla köçürülmə və soyqırımılarından böyük əziyyət çəkmişdir. Azərbaycanlıların vaxtilə mütləq əksəriyyət təşkil etdiyi indiki Ermənistan ərazisindən tamamilə çıxarılması nəticəsində indi həmin ərazidə ermənilər yaşayır.

Amasiya rayon Qərbi Azərbaycan İcmasının sədri, akademik Abel Məhərrəmov gənclərə üzünü tutaraq tarixi həqiqətləri daha dərindən öyrənməyin vacibliyindən danışıb. Qərbi Azərbaycan haqqında müxtəlif xarici dillərdə məqalələrin, araşdırma yazılarının aparılması olduqca zəruri məsələlərdən biridir.

Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızı tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. Bildirilib ki, Qərbi Azərbaycan həqiqətlərinin öyrənilməsi gənclər üçün yeni tarixi faktlarla tanışlıq baxımından çox önəmlidir.

Millət vəkili Hikmət Babaoğlu çıxışında Qərbi Azərbaycana qayıdışla bağlı görülən işlərin önəmindən söz açıb. Qeyd olunub ki, qayıdış prosesi öz  prinsiplərini açıq şəkildə bəyan etməklə, tarixi ədalətin gec-tez bərqarar olacağını təqdim etmiş olur.

ADU-nun Təhsil fakültəsinin dekanı, professor Hikmət Əlizadə Qərbi Azərbaycanın dünəni, bu günü və sabahı ilə bağlı danışıb. Qeyd olunub ki, tarixi Azərbaycan torpaqları olan Qərbi Azərbaycan hər zaman öz tarixi abidələri, memarlığı ilə seçilib.

Tədbir tələbələrin hazırladıqları bədii hissə ilə davam edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 04 Aprel 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri