Icma.az
close
up
RU
ADU da “Bakıda Avstriya günləri” tədbiri keçirildi FOTO

ADU da “Bakıda Avstriya günləri” tədbiri keçirildi FOTO

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 19-da Azərbaycan Dillər Universitetində “Bakıda Avstriya günləri” adlı tədbir keçirilib. ADU-nun rektoru, akademik Kamal Abdulla iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, bu cür mədəni və akademik görüşlər Azərbaycanla Avstriya arasında əlaqələrin inkişafına, xalqların mədəniyyətlərinin daha yaxından tanıdılmasına, eləcə də ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verir.

Redaktor.az xəbər verir ki, bildirilib ki, ADU-da fəaliyyət göstərən Avstriya kitabxanası və mərkəzi iki ölkə arasında mədəni və akademik əlaqələrin inkişafında mühüm rol oynayır.  Kitabxana və mərkəz tələbə və müəllimlər üçün Avstriya ədəbiyyatı, tarixi və mədəniyyəti ilə daha yaxından tanış olmaq, eləcə də müvafiq mənbələrdən faydalanmaq imkanı yaradır.

Bu istiqamətdə universitetdə həyata keçirilən təşəbbüslərin Azərbaycan-Avstriya əlaqələrinin möhkəmləndirilməsinə xidmət etdiyi vurğulanıb.

Avstriyanın Azərbaycandakı səfiri Etyen Berxtold çıxışında Azərbaycan ilə Avstriya arasında mövcud olan dostluq münasibətlərindən və əməkdaşlıq əlaqələrindən bəhs edib. O, Azərbaycan Dillər Universiteti ilə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, universitetdə Avstriya tarixinin, mədəniyyətinin və ədəbiyyatının təbliği istiqamətində görülən işləri yüksək qiymətləndirib.

Səfir, həmçinin tələbələrin Avstriya ilə bağlı biliklərinin artırılmasının və iki ölkə arasında akademik-mədəni mübadilənin genişləndirilməsinin vacibliyini qeyd edib.

ADU-nun Alman dilinin fonetikası və qrammatikası kafedrasının müdiri, dosent Qahirə Axundova, baş müəllim, Azərbaycan Alman dili müəllimləri birliyinin sədri Lətifə Qurbanova çıxışında alman dilinin tədrisinin inkişafı, bu sahədə müəllimlərin peşəkar bilik və bacarıqlarının artırılması, eləcə də Azərbaycan və Avstriya arasında təhsil və mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi məsələlərinə toxunublar.

Avstriya mədəniyyətinin və alman dilinin universitetdə təbliğinin tələbələrin dünyagörüşünün formalaşmasına və beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə töhfə verdiyi vurğulanıb.

Vyana Universitetinin Alman filologiyası üzrə tədris proqramının rəhbəri Mixal Dvoretski çıxışında alman filologiyasının müasir tədris yanaşmalarından, dil və mədəniyyətin qarşılıqlı əlaqəsindən, eləcə də Avstriya universitetlərində alman dilinin tədrisi təcrübəsindən bəhs edib.

O, akademik əməkdaşlığın genişləndirilməsinin, tələbə və müəllim mübadiləsinin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Tədbir bədii hissə ilə başa çatıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Noyabr 2026 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see368

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see345

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see333

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see291

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see277

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see255

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see247

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see243

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see243

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see239

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see230

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see228

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see222

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see214

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see214

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see213

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see195

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see194

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see192

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri