Icma.az
close
up
RU
ADU da Çinin romantik bayramları ilə bağlı mühazirə oxunub

ADU da Çinin romantik bayramları ilə bağlı mühazirə oxunub

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 4 sentyabr, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun “Çin mədəniyyəti” yay onlayn lektoriyası çərçivəsində ənənəvi Çin Tsisi festivalına həsr olunmuş “Çin mədəniyyətində romantik bayramlar” mövzusunda mühazirə oxunub.

ADU-dan AZƏRTAC-a bildirilib ki, Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov mühazirəsində Tsisi festivalının - Sevgililər Gününün qədim “Çoban və toxucu qız” əfsanəsi ilə bağlı olduğunu qeyd edib. Bildirib ki, əfsənə Samanyolu üzərində ildə yalnız bir dəfə görüşməyə icazə verilən ayrılmış sevgililərdən bəhs edir. Bu ənənəvi bayram Çin folklorunda, qədim Çin şairləri Du Fu və Xe Ninin şeirlərində də öz əksini tapıb. Çinli qadınlar onlara sevgi, müdriklik, yaxşı ər, xoşbəxtlik və toxuculuq bacarıqları bəxş etmək üçün Göy Toxucuya müraciət edirlər. Tsisi festivalı zamanı “tsiaogo” - nazik qızardılmış xəmir, qovun, şirin düyü topları və qırmızı lobya şorbası hazırlamaq adətdir. Həmçinin qədim dövrlərdə bayram toxuculuq məharətinin nümayişi, fal ayinləri və səmavi Pəriyə qurban təqdim edilməsi ilə müşayiət olunurdu. Bu gün çinli cütlüklər təbiət və ulduzlarla əlaqəli olan bu bayramı səmaya fənərlər buraxaraq, sevgi və xoşbəxtlik üçün dua edərək, gül və zinət əşyaları verərək qeyd edirlər. Başqa bir qədim Çin romantik bayramı Yeni il şənliklərində də rəngarəng fənərlərin yandırılması ilə başa çatan Fənər festivalıdır. Keçmişdə subay qızların evdən müşayiətsiz çıxmasına icazə verilirdi ki, gənclər öz həyat yoldaşlarını seçə bilsinlər. 2000-ci illərin əvvəllərində Çində sevgililər üçün qeyri-rəsmi gənclər bayramı – “520” adlı bayram da meydana çıxdı. Bu qeyri-adi ad mayın 20-si Çin dilində “Mən səni sevirəm” sözünün ifadəsinə bənzəməsi ilə bağlıdır. Bu gün məhz sevgi etirafları günüdür, romantik fotosessiyalarla məşhurdur, çinli cütlüklər həmin tarixlərdə görüşə gedir, bir-birinə hədiyyə verir və ənənəvi “hun bao” - içərisində pul olan qırmızı zərflər göndərirlər. Qərbdə də Sevgililər Günü müasir Çin şəhər mədəniyyətinin bir hissəsinə çevrilib, küçə tədbirləri və çinlilər öz sevdiklərinə minnətdarlıq və sevgilərini ifadə etmək üçün gül və şokolad kimi hədiyyələr verirlər.

R.Abbasov onu da qeyd edib ki, Çində Sevgililər Günü ilə yanaşı, hətta tələbə bayramı - “Subaylar günü” mövcuddur. Subay çinlilər bu gündə özlərinə ləzzətli yeməklər hazırlayırlar. Hazırda Çində “Subaylar günü”nün qeyd edilməsi birhəftəlik alış-veriş festivalına çevrilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Sentyabr 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see330

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see329

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see324

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see321

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see305

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see297

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see293

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see280

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see278

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see271

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see252

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see251

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see249

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see235

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see227

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see227

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see223

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see218

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri