De Bruyne Premyer Liqaya qayıda bilər
Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Everton" qış transfer pəncərəsi dövründə "Napoli"nin yarımmüdafiəçisi Kevin De Bruyneni heyətinə qatmaq imkanını nəzərdən keçirir.
Sportal.az xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi belçikalı futbolçunu Premyer Liqaya qaytarmaqda maraqlıdır və bu keçidlə bağlı artıq ilkin addımlar atıb. Bu barədə "Calciomercato" nəşri məlumat yayıb.
Liverpul təmsilçisinin nümayəndələri 35 yaşlı oyunçunun tərəfi ilə ilkin danışıqlar aparıblar. Bu müzakirələr zamanı tərəflər futbolçunun İngiltərəyə qayıtması perspektivini nəzərdən keçiriblər.
Qeyd edək ki, Kevin De Bruyne 2025-ci ilin yayında "Mançester Siti"dən ayrıldıqdan sonra azad agent statusu ilə "Napoli"yə keçib. Təcrübəli hücumameyilli yarımmüdafiəçi cari mövsümdə neapolluların heyətində meydana çıxdığı 15 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.
saytlarin hazirlanmasi
Baxış sayı:48
Bu xəbər 11 Noyabr 2026 20:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















