Icma.az
close
up
RU
ADU da VIII Beynəlxalq konfrans keçirildi

ADU da VIII Beynəlxalq konfrans keçirildi

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Mayın 6-da Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” VIII Beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.

Axar.az xəbər verir ki, beynəlxalq tələbə himni olan “Gaurdeamus” oxunub. ADU-nun rektoru, akdemik Kamal Abdulla konfrans iştirakçılarını salamlayıb, qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirib. Kamal Abdulla qeyd edib ki, ənənəvi şəkildə hər il ADU-da Ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” VIII Beynəlxalq elmi konfransın əhəmiyyətindən danışan rektor bildirib ki, konfransa maraq böyükdür:

“Beynəlxalq elmi konfransa dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələrindən olan elm, mədəniyyət, ictimaiyyət nümayəndələri qatılıb. Konfransa maraq böyükdür. Konfrans çərçivəsində bir sıra universitetlərlə müqavilələr imzalanacaq. Bu, beynəlxalq əməkdaşlıq çərçivəsində mühüm əhəmiyyət daşıyır. Həmçinin bu görüşlər gələcəkdə yeni elmi əməkdaşlıq üçün əlverişli şəraitin yaranmasına imkan verəcək. ADU-nun son illər beynəlxalq nüfuzunun artması QS reytinqlər cədvəlində də əyani şəkildə özünü göstərir. Belə ki, ADU bu il QS reytinqlər cədvəlində yüz pillə irəliləməyi bacarıb. Bu, böyük uğurdur. Konfrans çərçivəsində bir sıra layihələr həyata keçiriləcək, müəllim-tələbə mübadilə proqramları ilə bağlı müzakirələr aparılacaq. Ulu öndər Heydər Əliyevin işığı bu gün də bizimlədir. Konfransda iştirak edən bütün iştirakçılara öz təşəkkürümüzü bildiririk”.

Ankara universitetinin rektoru Necdet Ünüvar konfransın təşkilini yüksək qiymətləndirib. Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşən rektor bildirib ki, konfrans özündə böyük bir mənanı əks etdirir: “Bu mənanın ətrafında sevgi ilə birləşən Azərbaycan Dillər Universiteti və bütün konfrans iştirakçıları son dərəcə mühüm bir missiyanı uğurla həyata keçirirlər. Ankara Universiteti ilə ADU arasında beynəlxalq əməkdaşlıq çərçivəsində bir sıra görüşlər keçirilib. Bu görüşlər əsasən elmi əməkdaşlıq və dostluq münasibətlərini özündə ehtiva edir”.

İlk dəfə olaraq ADU-da açılacaq Tömər layihəsi ilə bağlı məlumat verən rektor bu addımın konfrans çərçivəsində atılan ən vacib hadisələrdən biri olduğunu vurğulayıb.

Pakistan Milli Müasir Dillər Universitetinin rektoru, general-mayor Şahid Mahmud Kayani konfransda iştirakı ilə bağlı məmnunluğunu ifadə edib. Qeyd olunub ki, Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan konfrans son dərəcə mühüm əhəmiyyətə malikdir. Qarşılıqlı elmi əməkdaşlığın və tərəfdaşlığın önəmindən danışan rektor konfransın gələcək elmi görüşlərin keçirilməsi üçün yaratdığı imkanlardan söz açıb.

Peruca Əcnəbilər Universitetinin rektoru Valerio de Cesaris qeyd edib ki, konfrans özlüyündə həm elmi, həm də mədəni tərəfləri birləşdirir. Azərbaycan və İtaliya arasında sıx tərəfdaşlıq və dostluq münasibətləri mövcuddur. Bu əlaqələrin inkişafı özünü elmi istiqamətdə də göstərməkdədir.

Tədbirə onlayn qoşulan Almaniyanın Auqsburq Universitetinin professoru Klaus Vulf konfransla bağlı fikirlərini səsləndirib. Qeyd olunub ki, Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı keçirilən konfrans öz əhəmiyyəti ilə seçilir. Dünyanın bir sıra ölkələrindən olan alimlər, tələbələr bu konfransda iştirak etmək üçün ciddi şəkildə hazırlaşıblar.

Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin Azərbaycan və Pakistan arasında olan sıx iqtisadi, siyasi, elmi və mədəni əlaqələrdən danışıb, konfransı elm adamları və tələbələr üçün mühüm imkan kimi dəyərləndirib.

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, millət vəkili Arzu Nağıyev, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Bakı Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Özbəkistan Dünyəvi Dillər Universiteti, Pedaqogika və psixologiya kafedrasının müdiri Dusmurod Djuraev, Özbəkistan-Finlandiya Pedaqoji İnstitutunun Tədris İşləri üzrə prorektoru Zarifa Muminova, Azərbaycan Katolik Kilsəsinin Apostol Prefekturasının sədr müavini Marek Jozey, Varşava Universitetinin professoru Danuta Chmelovskaya, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksiy Yuriyeviç Smirnov, Arizona Dövlət Universitetinin məsləhətçisi və ictimai siyasət eksperti Jannah Scott, Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili konfransa olan beynəlxalq səviyyəli maraqdan danışıblar. Çıxışçılar Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən söz açıblar. Bildirilib ki, ADU-da Ulu öndərin anadan olmasının 102-ci ildönümünə həsr olunan konfransın ənənəvi olaraq keçirilməsi dünyanın elmi və mədəni mühitinin diqqətinin ölkəmizə cəlb olunması baxımından vacib addımdır.

Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan müxtəlif etnik və dini icmaların dinc birgəyaşayışının təmin edildiyi bir ölkə olaraq formalaşdı. Ulu Öndər hər zaman vurğulayırdı ki, Azərbaycanın gücü onun müxtəlifliyindədir. Bu gün Azərbaycan ərazisində 30-dan çox etnik azlıq sülh və əmin-amanlıq şəraitində yaşayır. Hər bir xalqın mədəniyyəti, dili və dini sərbəst şəkildə qorunur və inkişaf etdirilir. Bu yanaşma, dövlət səviyyəsində multikulturalizmin bir dəyər kimi qəbul edilməsinin bariz nümunəsidir.

Konfrans işini bölmə iclasları ilə davam etdirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://axar.az
archiveBu xəbər 07 May 2025 00:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see367

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see364

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see303

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see276

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see216

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see214

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see210

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see188

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see181

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see174

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see170

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri