Icma.az
close
up
RU
ADUda görüş keçirilib Fotolar

ADUda görüş keçirilib Fotolar

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Yanvarın 9-da Azərbaycan Dillər Universitetində Elm və Təhsil Nazirliyinin yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib.

Gununsesi.info xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib.

Qeyd olunub ki, ADU ötən tədris ilində yeni uğurlara imza atıb, QS reytinqlər cədvəlində növbəti dəfə fərqlənməyi bacarıb. Bu göstərici müəllim və tələbələrin yüksək elmi-pedaqoji üstünlüyündən və tədris keyfiyyətinin nəticələrindən asılı olan bir məsələdir.

ADU-da elm və təhsil sahəsində həyata keçirilən layihələr, görülən işlərin əhəmiyyətindən danışan rektor müəllim və tələbələr üçün beynəlxalq təcrübəyə əsaslanaraq yaradılan şəraitdən və gələcək elmi əməkdaşlıq, tərəfdaşlıq imkanlarının mövcudluğundan söhbət açıb.

ADU bir sıra ilklərə imza ataraq, həm yerli, həm də beynəlxalq universitetlərin diqqətini çəkib. Belə ki, ADU-nun elmi-texniki bazası ən müasir  innovativ avadanlıqlarla təchiz olunmaqla tələbələr və müəllimlər üçün daha geniş imkanlar təqdim etmək məqsədini qarşıya qoyub. Universitetdə yaradılan elektron məlumat bazası  həm müəllimlərin, həm də tələbələrin bilik və bacarıqlarının inkişafına öz müsbət təsirini göstərməkdədir.

ADU-da “Bir günlük xəlifə”, “Səfir saatı”, Beynəlxalq mərkəzlərin yaradılması, məzunlarla regionlarda görüş kimi layihələrin əhəmiyyəti vurğulanıb:

“Ötən il ADU tələbə qəbulunda universitet tarixində ən yüksək göstərici ilə 99.9 faiz qəbulla rekorda imza atıb. Bu sevindirici haldır. Bu nəticə cəmiyyətin ADU-ya münasibətinin və marağının ən bariz nümunəsidir. Demək, biz doğru yoldayıq. Bu yolda həm müəllimlərimizin, həm də tələbələrimizin böyük əməyi var. ADU-da iyirmidən çox xarici dil tədris olunur. Bu dillər sırasında Sanskrit dilini xüsusi ilə qeyd etmək istərdim. Tələbələrimizin bu qədim dilə marağı böyükdür. Həmçinin dünyanın bir sıra ölkələrində  – Pakistanda, Çində, Rusiyada, Belarusda, Rumıniyada, Serbiyada, Macarıstanda və Çeçenistanda bizi təmsil edən mərkəzlərimiz var. Bu nümayəndəliklər Azərbaycan dili və mədəniyyəti mərkəzi kimi fəaliyyət göstərərək, həm Azərbaycanı uğurla təmsil etmiş olur, həm də universitetimizin nüfuzunu artırır”.

ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor, millət vəkili Tamam Cəfərova universitetdə yaradılan şərait, mövcud imkanlar və layihələr barəsində ətraflı məlumat veriblər.

Qeyd olunub ki, elm və təhsil siyasətinin həyata keçirilməsində İctimai Şuranın cəmiyyət və universitetlər arasında dialoqun qurulmasında mühüm rolu var. Bu mənada şuranın aktiv fəaliyyətinə xüsusi ehtiyacın olması vurğulanıb.

Daha sonra çıxış edən İctimai Şura üzvləri – professor Hikmət Əlizadə, Mirzə Cəfərzadə, Günay Ələkbərova, Orxan Kərimzadə, Heydər Eminli, Elçin Əzimli, Sevinc Məhəməliyeva ADU-da yaradılan şəraitə görə rəhbərliyə və kollektivə təşəkkürlərini bildiriblər.

ADU məzunları əmək bazarında rəqabətə davamlılığı və yüksək peşəkar kadr potensialı ilə fərqlənməyi bacaran ali təhsil müəssisələrindən biridir. Bu da universitetin tədris keyfiyyətinin yüksək olmasından, düzgün təhsil strategiyasının qurulmasından xəbər verir.

Görüş suallar ətrafında müzakirələrlə davam edib.

.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 Yanvar 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri