Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

ADUda Çin nümayəndə heyətinin bir qrupu ilə görüş keçirilib Fotolar

ADUda Çin nümayəndə heyətinin bir qrupu ilə görüş keçirilib Fotolar

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 13-də Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla  BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un Azərbaycanda keçirilən tədbirində iştirak edən Çin nümayəndə heyətinin bir qrupu ilə görüşüb.

ADU-da qonaq olan heyətin tərkibində Xudjou şəhərinin Bələdiyyə sədrinin müavini Şi Yitinq, şəhər bələdiyyəsinin baş katibinin müavini Lu Xiaoha, Bələdiyyə Komitəsinin Ekoloji Sivilizasiya İdarəsinin direktor müavini Xia Vei, Xudjou Bələdiyyə Təhsil Bürosunun direktoru Chen Jianliang,  Nanxun Rayon Xalq Hökümətinin icra başçısının müavini Xiong Zhuoyue, Liderlik Qrupunun üzvü, CPC Xudjou Bələdiyyə komitəsinin Təşkilat şöbəsindən Lu Xiaohon iştirak edib.

Qonaqları salamlayan ADU-nun rektoru, akademik Kamal Abdulla COP29-la bağlı fikirlərini səsləndirib.
Qeyd olunub ki, ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirə böyük maraq var:

“Möhtəşəm bir tədbirə ev sahibliyi edən Azərbaycana səfəriniz bizi son dərəcədə məmnun edir. Biz hamımız böyük əhəmiyyət kəsb edən COP29-un açılış mərasimini izlədik. Şadıq ki, iştirakçılar arasında Çindən olan nümayəndə heyəti də var.

Sizin təmsil olunduğunuz şəhər bizim üçün doğma bir şəhərdi. Xudjou şəhəri bizim universitetdə kollektiv tərəfindən yaxşı tanınan və  rəğbət olunan şəhərlərdən biridir. Biz sevinirik ki, ADU-da Konfutsi İnstitutunun açılışından sonra Xudjou şəhərində də Azərbaycan dili və mədəniyyətini təmsil edən mərkəz fəaliyyətə başlamışdır.

Fürsətdən istifadə edib yaradılan şəraitə və imkanlara görə  Azərbaycan dili və mədəniyyəti mərkəzinin fəaliyyət göstərdiyi universitetin rəhbərliyinə minnətdarlığımızı bildiririk”.

Səmimi qarşılanmaya və qonaqpərvərliyə görə öz təşəkkürünü bildirən Xudjou şəhərinin Bələdiyyə sədrinin müavini Şi Yitinq Azərbaycanda keçirilən COP29 kimi beynəlxalq bir tədbirin əhəmiyyətindən danışıb.

Qeyd olunub ki, Azərbaycan və Çin arasında iqtisadi, siyasi, elmi və mədəni əlaqələr yüksələn xətlə inkişaf edir.  Vurğulanıb ki, bu əlaqələrin qurulmasında və inkişafında tarixi köklərə dayanan ənənələrin böyük rolu vardır:

“Azərbaycan son illər sürətlə inkişaf edir. Bu inkişafın əsasında iqtisadi, siyasi, elmi faktorlar əsas rol oynayır. COP29 kimi beynəlxalq bir tədbirə ev sahibliyi edən Azərbaycan növbəti uğura imza atmış oldu.

Bu gün biz şəhər turuna çıxdıq. Şəhəriniz çox gözəldir. Tarixi məkanlar bizi çox heyrətləndirdi. Heydər Əliyev Mərkəzində, Dağüstü Parkda olduq. Şəhər sakinlərinin qonaqpərvərliyi və səmimiyyəti bizi çox sevindirdi.

Arzu edirik ki, Azərbaycan və Çin arasında olan əlaqələr bundan sonra da yüksələn xətlə inkişaf etsin. İnanıram ki, hər iki ölkənin universitetləri arasında sıx əməkdaşlıq münasibətləri bundan sonra yeni perspektivləri özündə ehtiva edəcəkdir”.

Xoş sözlərə və səmimi arzularına görə təşəkkürünü bildirən ADU-nun rektoru, akademik Kamal Abdulla hər iki ölkənin universitetləri arasında bundan sonra da əməkdaşlığın uğurla davam etdiriləcəyinə inandığını vurğulayıb.

Qeyd olunub ki, ADU ilə Çinin Xudjou şəhəri arasında olan dostluq münasibətləri hər zaman öz varlığını qoruyub saxlayacaqdır.
ADU-da Çin dilinə, mədəniyyətinə olan böyük diqqət və marağın olduğunu bildirən rektor tələbələr üçün Çin dili və mədəniyyəti ilə bağlı tez-tez müxtəlif tədbirlərin, mühazirələrin təşkil olunduğunu söyləyib:

“Tələbələrimiz Çin dilini, mədəniyyətini, tarixini böyük maraq və həvəslə öyrənirlər. ADU-da səkkiz ildir ki, fəaliyyət göstərən Konfutsi institutu Çinlə əlaqələrin möhkəmləndirilməsi istiqamətində bir sıra mühüm işlərə imza atıb.

Azərbaycanlı tələbələr yay məktəbi çərçivəsində Çində səfərdə olublar, Çin dilini, mədəniyyətini daha yaxından öyrənmək imkanı əldə ediblər. Xudjou şəhəri bu mənada tələbələrimizi xüsusi diqqət və qayğı ilə qarşılayıb. Biz fəxr edirik ki, Xudjou şəhəri ilə dostluq edirik. Azərbaycanın müxtəlif bölgələrində Çin dili ilə bağlı tədrisin aparılması işlərinə də başlaya bilərik. Biz bu layihəni Xudjou şəhər rəhbərliyi ilə birlikdə həyata keçirə bilərik. Eyni zamanda Çində fəaliyyət göstərən həmkarlarımız üçün Azərbaycanla bağlı mühazirələr təşkil edə bilərik. Bu istiqamətdə kitabxanaları, elmi mərkəzləri də cəlb etmək mümkündür”.

Səsləndirilən fikirlərə və təkliflərə görə təşəkkürünü bildirən heyət, perspektiv vəd edən əməkdaşlıq münasibətlərinin olmasını yüksək qiymətləndiriblər.

Daha sonra qonaqlar ADU-nun nəznində fəaliyyət göstərən Konfutsi İnstitutunu ziyarət ediblər. Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov qonaqlara Konfutsi İnstitutun həyata keçirdiyi layihələr  haqqında məlumat verib.
Görüş gələcək elmi əməkdaşlıq və tərəfdaşlıq imkanları ətrafında müzakirələrlə davam edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 Noyabr 2024 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see477

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see448

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see324

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see321

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see272

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see256

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see255

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see240

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see239

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see230

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see226

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see222

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see219

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see218

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see210

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see207

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see204

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see202

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see199

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri