Icma.az
close
up
RU
ADUda “Xanuka möcüzəsi” adlı tədbir keçirilib Fotolar

ADUda “Xanuka möcüzəsi” adlı tədbir keçirilib Fotolar

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Dekabrın 25-də Azərbaycan Dillər Universitetində Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsi nəzdində Şərq ölkələri üzrə Regionşünaslıq kafedrasının və İsrail və yaxın Şərq araşdırmalar mərkəzinin təşkilatçılığı ilə “Xanuka möcüzəsi” adlı tədbir keçirilib.

Öncə Dövlət Himni səsləndirilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları və tədbir iştirakçılarını salamlayıb, tədbir haqqında danışıb.

Qeyd olunub ki, İsrailin milli və dini bayramı olan Xanuka bayramı Azərbaycanda da təntələ ilə keçirilir və bu bayrama böyük  maraq var.

İsrail və Azərbaycan arasında mövcud olan sıx əməkdaşlıq və tərəfdaşlıq münasibətlərindən söz açan rektor milli və mədəni məsələlərdə də hər iki tərəfin bir-birini dəstəklədiyini vurğulayıb:

“Xanuka bayramı öz tarixi kökləri olan bir bayramdır. Sevindirici haldır ki, bu bayram bu gün ADU-da da qeyd olunur.  Azərbaycan multikultural bir ölkə kimi digər xalqların da milli və mədəni həyatlarına xüsusi diqqət ayırır. Yəhudi xalqının milli və dini bayramı olan Xanuka bayramına olan diqqət  bu mənada önəmlidir.

Ulu Öndərin dediyi kimi Azərbaycanda yaşayan bütün xalqlar Azərbaycanın gücünü müəyyənləşdirir. Azərbaycanın hər hansı bir fəaliyyətində ona dəstək olan, onun parlaq gələcəyi üçün əlindən gələni əsirgəməyən xalqların  sülh və əmin-amanlıq içində yaşaması bizim hər birimiz üçün mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın Milli Qəhərmanı Albert Aqarunov da məhz Azərbaycanın bütövlüyü, azadlığı uğrunda canından keçən minlərlə Vətən övladlarından biri kimi Azərbaycan xalqının qəlbində silinməz iz buraxıb. Milliyətcə yəhudi olan qəhrəman döyüşçümüz öz igidliyi, cəsarəti ilə bir daha sübut etdi ki, Azərbaycanda yaşayan azsaylı xalqlar buranı özlərinə doğma Vətən bilir”.

Azərbaycan dağ yəhudiləri icmasının sədri Milix Yevdayev səmimi sözlərə və qonaqpərvərliyə görə ADU rəhbərliyinə və kollektivinə öz təşəkkürünü bildirib.

Xanuka bayramı haqqında məlumat verən qonaq qeyd edib ki, Azərbaycanda hökm sürən tolerantlıq və multikultural mühitin bugünkü təntənəsinin bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov çıxışında Azərbaycanda yaşayan azsaylı xalqların milli və dini bayramlarının keçirilməsi istiqamətində görülən işlər haqqında məlumat verib, Azərbaycanda mövcud olan birliyin və tolerantlığın möhtəşəm təntənəsindən danışıb.

Qeyd olunub ki, yəhudilərin milli və dini bayramı olan Xanuka bayramı hər il Azərbaycanda geniş sevinc və Allaha minnətdarlıqla dolu olan bayram kimi qeyd edilir.

Daha sonra çıxış edənlər – Azərbaycanda yaşayan və fəaliyyət göstərən ravvin Avraham,  ADU-nun Şərq ölkələri üzrə Regionşünaslıq kafedrasının müəllimi Günay Feyziyeva, İsrail və Yaxın Şərq araşdırmaları mərkəzinin müdiri Emiliya Xudiyeva və ADU-nun tələbələri Xanuka bayramı haqqında geniş məlumat veriblər.

Qeyd olunub ki, Xanuka bayramı özündə işığı, təmizliyi, paklığı ehtiva edir. Bildirilib ki, Azərbaycanda da bu bayram xüsusilə qeyd olunur. Ölkənin yəhudilər yaşayan bölgələrində, əsasən Qubada Xanuka bayramı təntənəli şəkildə keçirilir.

Sonda Xanukkiyanın yandırılması mərasimi baş tutub. ADU-nun rektoru və qonaqlar mərasimdə birgə bayram şamını yandırıblar.

.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 26 Dekabr 2024 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see304

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see292

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see279

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see267

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see265

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see264

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see243

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see239

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see238

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see237

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see232

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see228

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see225

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see224

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see221

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see215

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see213

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see213

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see201

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri