Icma.az
close
up
RU
ADUda Qərbi Azərbaycan: soyqırıma məruz qalan tariximədəni irsimiz mövzusunda tədbir keçirilib FOTOLAR

ADUda Qərbi Azərbaycan: soyqırıma məruz qalan tariximədəni irsimiz mövzusunda tədbir keçirilib FOTOLAR

Sonxeber.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ADU-da "Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz" mövzusunda tədbir keçirilib - FOTOLAR

Azərbaycan Dillər Universitetinin Xarici Ölkələr Ədəbiyyatı kafedrasının təşkilatçılığı və "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyinin əməkdaşlığı çərçivəsində "Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz" mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dillər Universitetinin Xarici Ölkələr Ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Aynur Sabitova çıxışında Qərbi Azərbaycanın xalqımızın tarixi yaddaşında və mədəniyyətində oynadığı əhəmiyyətli rolu vurğulayıb. "Bu torpaqlar yalnız tarixi abidələrlə deyil, həm də xalqımızın mədəni kimliyi ilə bağlıdır. Ermənilər tərəfindən həyata keçirilən vandalizm aktları təkcə bu abidələrin məhv edilməsi deyil, həm də milli kimliyimizə qarşı yönəlmiş məqsədyönlü siyasətdir," – deyə o qeyd edib.

Sabitova bildirib ki, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq səviyyədə böyük nüfuz qazanıb və bu nüfuz Qərbi Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda mühüm rol oynayır. "Hər birimiz dövlətimizin həyata keçirdiyi siyasətə öz fəaliyyətimizlə dəstək verməliyik. Bu kontekstdə QHT-lərin milli irsimizin qorunması istiqamətində fəaliyyəti çox əhəmiyyətlidir. QHT Agentliyinin dəstəyi ilə həyata keçirilən layihələr, o cümlədən https://qerbiazerbaycanirsi.az ( https://westernazheritage.com )

elektron bazası və "Danışır tarix" filmi, milli irsimizin təbliği və qorunması üçün mühüm addımlardır," – deyə Sabitova əlavə edib.

"İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyinin sədri və layihə rəhbəri Cəsarət Hüseynzadə çıxışında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi" layihəsi haqqında məlumat verib. O bildirib ki, bu layihə çərçivəsində https://qerbiazerbaycanirsi.az ( https://westernazheritage.com) adlı elektron baza yaradılıb və "Danışır tarix" filmi hazırlanıb.

"Elektron bazada tarixi abidələr haqqında məlumatlar Azərbaycan və ingilis dillərində təqdim olunur. Bazada yerləşmə ərazisinə, növünə və əlifba sırasına görə axtarış sistemi mövcuddur. Hazırda 250-yə yaxın abidə haqqında məlumat elektron bazaya daxil edilib," – deyə Hüseynzadə vurğulayıb.

O əlavə edib ki, "Danışır tarix" filmi "Səlim karvansarası," "Təpəbaşı məscidi" və "Əmir Səəd məqbərəsi" kimi abidələrdən bəhs edir. Hüseynzadə Ermənistanın Azərbaycan abidələrini məhv etməsinin milli mədəniyyətimizə və tariximizə vurduğu zərərləri xüsusi qeyd edib. "Bu abidələrin məhv edilməsi milli kimliyin izlərini silmək cəhdidir. Beynəlxalq təşkilatlar bu məsələni daha ciddi diqqətə almalıdırlar," – deyə o bildirib.

Sonra "Danışır tarix" filmi nümayiş etdirilib və iştirakçılar arasında geniş müzakirələr aparılıb.

Tarix elmləri namizədi, BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Boran Əziz ermənilərin tarixi abidələri saxtalaşdırmaq və dağıtmaq cəhdlərini konkret faktlarla misal çəkərək, bu istiqamətdə daha çox filmlərin və araşdırmaların aparılmasının vacibliyini vurğulayıb.

Tədbirdə Xarici Ölkələr Ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Nuranə Nuriyeva, Azərbaycan Dilçiliyi kafedrasının müdiri, dosent Fərəh Niftəliyeva, Xarici Ölkələr Ədəbiyyatı kafedrasının dissertantı Günay Əliyeva və "Ailələrə və Uşaqlara Sosial Dəstək" İctimai Birliyinin sədri Elnurə Abuşova da çıxış edərək, çıxış edərək, film haqqında fikirlərini bölüşüblər. Onlar Qərbi Azərbaycanla bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılmasında layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 07 Dekabr 2024 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri