Icma.az
close
up
RU
Biləsuvar Təhsil Kompleksində Konfutsi Mərkəzinin açılışı olub

Biləsuvar Təhsil Kompleksində Konfutsi Mərkəzinin açılışı olub

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 2 iyun, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) kollektivi Biləsuvar rayonuna səfər edib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində rayon rəhbərliyi ilə görüşlər keçirilib, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb, həmçinin bir sıra əhəmiyyətli tədbirlər təşkil olunub.

Səfər proqramı çərçivəsində ADU kollektivi əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib. Daha sonra ADU-nun rektoru, akademik Kamal Abdulla Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovla görüşüb. Görüş zamanı rayonda təhsilin inkişafı, gənclərin intellektual potensialının artırılması, eləcə də Azərbaycan Dillər Universiteti ilə Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi arasında həyata keçirilən əməkdaşlıq layihələri ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Biləsuvar Təhsil Kompleksində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey, ADU-nun əməkdaşları, Təhsil Kompleksinin rəhbərliyi, müəllim-şagird kollektivi və valideynlər iştirak ediblər. Çıxış edənlər uşaqların hərtərəfli inkişafı, onların hüquqlarının qorunması və beynəlxalq əməkdaşlığın təhsil sahəsinə verdiyi töhfələrdən bəhs ediblər. Tədbir şagirdlərin təqdim etdiyi rəngarəng bədii proqramla davam edib.

Həmin gün Təhsil Kompleksində ADU-nun təşəbbüsü ilə yaradılan Konfutsi Mərkəzinin rəsmi açılış mərasimi baş tutub. Açılış mərasimində çıxış edən akademik Kamal Abdulla bildirib ki, mərkəz şagirdlərin Çin dilini öyrənməsi ilə yanaşı, onların Çin xalqının zəngin tarixi, mədəniyyəti və milli dəyərləri ilə yaxından tanış olmalarına imkan yaradacaq. Rektor humanitar əlaqələrin inkişafı məqsədilə Çində Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin yaradılması təklifini də irəli sürüb. Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey bu təşəbbüsü yüksək qiymətləndirərək iki ölkə arasında təhsil və mədəni əməkdaşlığın daha da genişlənməsinə dəstək verməyə hazır olduqlarını bildirib.

Səfər çərçivəsində akademik Kamal Abdulla Biləsuvar rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirib. Görüşdə rektor “Azərbaycan dilinin saflığının qorunması” mövzusunda çıxış edərək ana dilinin milli kimliyin və mənəvi dəyərlərimizin əsas daşıyıcılarından biri olduğunu vurğulayıb. O, Azərbaycan dilinin zənginliyinin qorunmasının, dil normalarına riayət edilməsinin və gənc nəslin ana dilinə hörmət ruhunda yetişdirilməsinin vacibliyindən danışıb. Görüş zamanı dil mədəniyyətinin inkişafı, ədəbi dil normalarının təbliği və Azərbaycan dilinin gələcək nəsillərə saf şəkildə ötürülməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Səfərin sonunda tərəflər arasında qarşılıqlı xatirə hədiyyələri təqdim olunub, əməkdaşlıq perspektivləri müzakirə edilib və qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi istiqamətində fikir birliyi nümayiş etdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyun 2026 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri