Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

525ci qəzet ADUnun Konfutsi İnstitutu elmi əlaqələrini genişləndirir

525ci qəzet ADUnun Konfutsi İnstitutu elmi əlaqələrini genişləndirir

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda Çin Xarici İşlər Nazirliyi yanında Beynəlxalq Araşdırmalar İnstitutunun Avropa və Mərkəzi Asiya şöbəsinin nümayəndəsi Kan Jie ilə görüş keçirilib.

Bu barədə 525.az-a ADU-nun Konfutsi İnstitutundan bildirilib. Görüşdə qonağa Konfutsi İnstitutunun təhsil və maarifləndirmə fəaliyyəti barədə məlumat verilib. İnstitutun direktoru Rafiq Abbasov İpək Yolu İqtisadi Kəmərinin infrastrukturunun yaradılması və inkişafında, tarixi İpək Yolunun bərpasında Azərbaycanın geostrateji roluna həsr olunan elmi seminarların keçirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”də hər iki ölkənin təhsil müəssisələrində Çin və Azərbaycan dillərinin tədrisinin təşviqinə, Konfutsi institutlarının inkişafına dəstək verilməsinə ehtiyac olduğu qeyd edilib. Diqqətə çatdırılıb ki, Konfutsi İnstitutu COP29-a hazırlıq işlərində, Çinin iqlim dəyişikliyi ilə bağlı siyasəti və qlobal miqyasda yeni texnologiyaların inkişaf etdirilməsində, milli yaşıl, aşağı karbonlu dairəvi iqtisadi sistem yaradılması və Çin infrastrukturunun ekoloji cəhətdən modernləşdirilməsində, yaşıl texnologiyalar sahəsində bazaryönümlü innovasiya sistemin qurulmasında fəaliyyətləri ilə bağlı elmi tələbə seminarlarının təşkilində fəal iştirak edib.

R.Abbasov, həmçinin 2015-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə tarixi səfərini yada salaraq qeyd edib ki, bu səfər zamanı iki ölkə arasında “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” imzalanıb. Məhz bu Memorandum gələcəkdə iki ölkə arasında çoxtərəfli əməkdaşlıq istiqamətində möhkəm zəmin olub. Bundan sonra “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsi sayəsində Çin tərəfinin “yumşaq güc” strategiyası çərçivəsində humanitar sahədə əməkdaşlıq inkişaf etməyə başlayıb, ölkələr arasında ictimai-siyasi dialoq fəallaşıb, həmçinin Konfutsi İnstitutu şəbəkəsi genişlənib. O, həmçinin sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi, enerji təhlükəsizliyi, nəqliyyat və digər sahələrdə əməkdaşlığın geniş perspektivlərinin olduğunu qeyd edib.

O, çinli mütəxəssislərin iştirakı ilə Çinin “Bir kəmər - bir yol” konsepsiyasının reallaşdırılması mövzusunda birgə elmi araşdırmaların həyata keçirilməsində maraqlı olduqlarını vurğulayıb. Azərbaycanla bağlı təəssüratlarını bölüşən Kan Jie səfər çərçivəsində maraqlı elmi görüşlər keçirildiyini və Konfutsi İnstitutu ilə elmi əməkdaşlığın inkişafına böyük maraq göstərildiyini vurğulayıb. Kan Jie, həmçinin 1956-cı ildə beynəlxalq münasibətləri öyrənmək və geniş spektrli xarici siyasət məsələləri üzrə tədqiqatlar aparmaq məqsədilə yaradılmış Çinin ilk akademik institutu olan Çin Beynəlxalq Araşdırmalar İnstitutunun fəaliyyətindən danışıb. Qeyd edib ki, hazırda Çin Beynəlxalq Araşdırmalar İnstitutu Çin Xarici İşlər Nazirliyinin nəzdində aparıcı beyin mərkəzidir.

Sonda iki təşkilat arasında elmi əməkdaşlıq perspektivləri və birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Qonağa Konfutsi İnstitutunun Çin dilində çap etdiyi “İlham Əliyev - iki qədim xalqın dostluğunun müasir davamçısı (2003-2023)” kitabı, habelə Çin rəhbərliyinin müasir dövlət idarəçiliyi konsepsiyasına və siyasi strategiyasına dair ictimai çıxışlarının əsas tezislərindən ibarət Azərbaycan dilində materiallar toplusu hədiyyə edilib.

Sevinc Qarayeva 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:225
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Dekabr 2024 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see628

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see328

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see320

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see244

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see236

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see234

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see217

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see217

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see214

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see207

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see197

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see191

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see189

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see188

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see186

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see185

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see179

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see171

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see163

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri