Icma.az
close
up
RU
ADY Astara Terminalının inşası üzrə işlərin böyük hissəsini tamamlayıb FOTO

ADY Astara Terminalının inşası üzrə işlərin böyük hissəsini tamamlayıb FOTO

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində bu dəhlizin əsas elementlərindən olan Astara Terminalının (İran İslam Respublikasının ərazisində) tikintisi üzrə əsaslı işlər görüb.

ADY-dən “APA-Economics”ə verilən məlumata görə, terminalın layihələndirmə işlərinin 85%-i, tikinti-quraşdırma işlərinin isə 72,4%-i başa çatdırılıb. Astara stansiyasından İran İslam Respublikası ilə sərhədə qədər 8,3 km dəmiryol xətti çəkilib və Astaraçay üzərində dəmiryol körpüsü inşa olunub. Layihə çərçivəsində 7 ədəd körpünün tikintisi nəzərdə tutulur. Körpülərdən birinin inşası tam yekunlaşıb, digərlərinin tikintisi üzrə işlərin 90%-i başa çatıb.

Astara Terminalında 2023-cü ildə 692 min, 2024-cü ildə isə 777 min tondan çox yük aşırılıb. Terminalın tikintisi tam başa çatdıqdan sonra yükaşırma gücünün illik 3,5 milyon tona çatdırılması nəzərdə tutulur.

Astara Terminalı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə yükdaşımaların həcminin artırılmasını və əməliyyatların operativ şəkildə həyata keçirilməsini təmin edəcək.

Qeyd edək ki, Azərbaycan və İran hökumətləri arasında əldə olunmuş razılaşmaya əsasən, 2017-ci ildə Astara Terminalının inşasına start verilib.

Terminal İranın Astara şəhərində Azərbaycan–İran sərhədindən 1,4 km məsafədə yerləşir. Tikintisi ADY tərəfindən aparılan terminalın ərazisi İran höküməti tərəfindən 25 il müddətinə Azərbaycana icarəyə verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://apa.az
archiveBu xəbər 11 Aprel 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see211

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see191

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see152

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see151

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see143

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see139

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see133

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see132

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see131

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see131

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see130

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see127

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see125

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see124

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see124

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see123

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see122

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see118

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri