Icma.az
close
up
RU
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi FOTO

ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi FOTO

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilmiş tədbirlərə fəal şəkildə qoşularaq dayanıqlı nəqliyyat və iqlim siyasətindəki mühüm rolunu bir daha nümayiş etdirib. Müxtəlif müzakirə və dəyirmi masalarda iştirak, keçirilmiş görüşlər və tərəfdaşlarla imzalanmış sazişlər vasitəsilə ADY karbon emissiyasının azaldılması və dayanıqlı nəqliyyat sistemlərinin inkişafı üzrə öhdəliklərini təsdiqləyib.

COP29 çərçivəsində noyabrın 19-da ADY sədri Rövşən Rüstəmov və İsveçrənin “Stadler Rail Group” şirkətinin icraçı vitse-prezidenti Daniel Baer Təlim və İnkişaf Mərkəzinin yaradılmasına dair müqavilə imzalayıblar. 2027-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan Mərkəz dəmiryol sahəsində ixtisaslı kadrların hazırlanmasında, həmçinin “Stadler” qatarlarını idarə edəcək maşinistlərin təlimində mühüm rol oynayacaq.

ADY-nin fəaliyyəti təkcə yerli səviyyədə deyil, beynəlxalq müstəvidə də diqqət çəkib. 20 noyabrda Dünya Bankının təşkil etdiyi “Dəmiryol əməliyyatlarının sürətləndirilməsi üçün etibarlı həllər” mövzusunda keçirilmiş tədbirdə Azərbaycanın dəmiryol şəbəkəsinin karbon emissiyasının azaldılmasında rolu və infrastrukturun inkişafında dövlət maliyyəsinin əhəmiyyəti vurğulanıb.

Bundan əlavə, 20 noyabr tarixində ADY və Beynəlxalq Dəmir Yolları İttifaqının (UIC) birgə təşkil etdiyi “Nəqliyyat dəhlizləri ilə dayanıqlı gələcəyə doğru: İqlim siyasətində dəmir yolları” adlı tədbir iqlim dəyişikliklərinə qarşı mübarizədə Azərbaycanın əhəmiyyətli rolu və dayanıqlı nəqliyyatın təmin edilməsi, xüsusilə dəmiryol şəbəkəsinin karbon emissiyasının azaldılmasına verdiyi həlledici töhfəyə həsr olunub.

Tədbirdə ADY sədri, Dəmir Yolları Əməkdaşlıq Təşkilatının sədri, Beynəlxalq Dəmir Yolları İttifaqının sədri və Polşa Dəmir Yollarının baş icraçı direktoru, AİB-nin Nəqliyyat Sektoru Qrupunun direktoru, “Masdar” şirkətinin Azərbaycan üzrə direktoru və ADY sədrinin müavini dəmir yollarının ekodost nəqliyyat növü olması, bərpa olunan enerjidən istifadənin artırılması təşəbbüsünün dəstəklənməsi və beynəlxalq maliyyə institutları tərəfindən bu təşəbbüsün maliyyələşdirilməsi kimi məsələlər ətrafında çıxışlar ediblər.

Müzakirələr zamanı ADY-nin son iki ildə əldə etdiyi uğurlar – karbon emissiyasının 9%, enerji istehlakının 5%, təbii qaz istehlakının 16%, su sərfiyyatının isə 23% azaldılması xüsusi vurğulanıb, ADY ilə UIC arasında “Dəmir yollarının iqlim öhdəliyi” sənədi imzalanıb.

ADY nümayəndələri COP29 çərçivəsində keçirilən digər mühüm tədbir və müzakirələrdə də aktiv iştirak ediblər. 20 noyabr tarixində “Qitələri birləşdirən yol: İpək Yolu boyunca davamlı nəqliyyat və logistika – Avropa və Latın Amerikası” mövzusunda müzakirələrdə çıxış edən ADY sədri rəqəmsal həllər sayəsində Orta Dəhlizdə yüklərin dəniz marşrutları ilə müqayisədə üç dəfə daha sürətlə daşındığını diqqətə çatdırıb. Tədbirdə dəmiryol nəqliyyatının karbon emissiyasını sıfıra endirmək məqsədilə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.

Eyni zamanda, 20 noyabr tarixində ADY “Dayanıqlı və rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənarda” mövzusunda keçirilən nazirlərin dəyirmi masasında təmsil olunub. Tədbirdə beynəlxalq nəqliyyat dəhlizləri üzrə yükdaşımalarda sıfır karbon emissiyası hədəfinə çatmaq üçün əməkdaşlığın gücləndirilməsi və əməliyyatların rəqəmsallaşdırılması ilə bağlı məsələlər müzakirə olunub.

ADY həmçinin COP29 çərçivəsində Qlobal İqlim Fəaliyyəti üzrə Mərakeş Tərəfdaşlığının təşkil etdiyi “Nəqliyyat üçün ambisiyalar: Ədalətli və bərabər 1,5°C gələcəyə doğru irəli” adlı tədbirdə təmsil olunub. Panel müzakirələrində dəmir yollarının elektrikləşdirilməsi və bərpa olunan enerjiyə keçid üzrə Azərbaycanın əldə etdiyi nailiyyətlərdən bəhs edilib, karbon emissiyalarının azaldılmasına dair Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr çərçivəsində Azərbaycan dəmir yollarının roluna xüsusi diqqət yetirilib. Qeyd edək ki, 2023-cü ildə Azərbaycanın dəmir yolları ilə daşınan sərnişinlərin 100%-i və yüklərin 80%-i elektrik enerjisi vasitəsilə həyata keçirilib.

Bundan başqa, ADY-nin Kommunikasiya departamentinin müdiri “Şəhər mobilliyində yeni imkanlar: Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin dayanıqlı nəqliyyat və iqlim dəyişikliyi ilə mübarizə üçün səfərbər edilməsi” və “Dayanıqlı inkişafda korporasiyaların rolu” mövzularında təşkil edilmiş tədbirlərdə iştirak edib.

Bütün bu tədbirlərdə irəli sürülmüş təşəbbüslər və əldə olunan nailiyyətlər Azərbaycanın iqlim siyasətində liderliyinə töhfə verir. ADY-nin dayanıqlı nəqliyyat və ətraf mühitin mühafizəsinə yönəlmiş fəaliyyəti ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun daha da artırılmasını hədəfləyir və COP29 çərçivəsində imzalanmış sənədlər, yeni əməkdaşlıq perspektivləri ekoloji cəhətdən dayanıqlı nəqliyyat sisteminin inkişafına töhfə verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 25 Noyabr 2024 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see359

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see218

Sinəsi ilə penaltini qaytarandan sonra öldü

05 Sentyabr 2025 01:25see185

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see142

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see129

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see127

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see125

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see125

Putin ona general leytenant rütbəsi verdi

04 Sentyabr 2025 18:51see124

“Santuş ev tapşırığını düzgün yerinə yetirmədi”

06 Sentyabr 2025 01:18see124

“Azərbaycan millisi İslandiya mətbuatının diqqətindədir” VİDEO

04 Sentyabr 2025 21:11see124

Analitik Mərkəz: “İran rejimi son dəqiqələrini oynayır”

04 Sentyabr 2025 11:16see123

“Ölüm yuxusu” gürcü dilində nəşr olunub

05 Sentyabr 2025 10:29see122

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see122

İşıqlar sönəndə sadəcə bunu sınayın

04 Sentyabr 2025 23:05see122

Fənərbaxça ya İtaliyanın keçmiş baş məşqçisi gətirilə bilər

05 Sentyabr 2025 01:16see119

Qonşular işgəncə verilən oğlan barədə DANIŞDILAR: Çarəsiz qalmışdı, vəhşicəsinə döyülmüşdü

04 Sentyabr 2025 21:49see116

Futbolçunu təhqir etdi, bir il azadlıqdan məhrum olundu

04 Sentyabr 2025 08:40see116

CBDC lər ənənəvi bank sistemini daha rəqəmsal olmağa vadar edir EKSPERT ŞƏRH ETDİ

04 Sentyabr 2025 11:19see116

“Hücumçu gəlib komandanı “Çelsi”, “Liverpul” kimi rəqiblərlə oyunlarda qalib etməyəcəkdi ki...” “İmarət”dən qəribə mövqe

05 Sentyabr 2025 16:17see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri