Icma.az
close
up
RU
ADY nin fəaliyyətində rəqəmsal həllərin tətbiqi Keçmişdən gələcəyə

ADY nin fəaliyyətində rəqəmsal həllərin tətbiqi Keçmişdən gələcəyə

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dəmir yolu nəqliyyatı bu gün Azərbaycan iqtisadiyyatının və infrastrukturunun mühüm dayaqlarından biri sayılır. Əsası 1880-ci ildə Bakı-Sabunçu-Suraxanı xətti ilə qoyulan və məqsədi neft sənayesinə xidmət göstərmək olan dəmir yolu indi ölkənin nəqliyyat sahəsində mühüm yükü öz çiyinlərində daşıyır.

Lakin rəqəmsal texnologiyaların tətbiqindən əvvəl bu sahədə bir sıra sistemli problemlər sərnişinlər üçün ciddi narahatlıqlar yaradıb. Xüsusilə 2000-2015-ci illər arasında müşahidə olunan çətinliklər xidmət keyfiyyətinə və ictimai etimada mənfi təsir göstərirdi.

Rəqəmsal həllərin tətbiqindən öncə ADY

Sirr deyil ənənəvi bilet satışı sistemi uzun növbələr, bilet qıtlığı və şəffaf olmayan satış prosesi ilə yadda qalıb. Xüsusilə bayram və tətil günlərində sərnişinlər günlərlə vağzallarda növbəyə durmalı olurdu. Bəzən bilet alveri hallarına da rast gəlinirdi ki, bu da əlavə narazılıq yaradırdı.

Rəqəmsal idarəetmənin olmaması qatarların hərəkət cədvəllərində də özünü göstərib. Vaxtında çatmayan, bəzən isə ləğv olunan reyslər sərnişinlərin planlarını alt-üst edib. Hərəkət qrafiklərinin əllə idarə olunması, məlumat axınının zəifliyi, hava şəraiti və texniki nasazlıqlar bu problemi daha da dərinləşdirib. 

İnformasiya texnologiyalarının olmaması səbəbindən sərnişinlər qatarların vəziyyəti, gecikmələr və digər dəyişikliklər barədə vaxtında məlumat ala bilmirdilər. Veb-saytlar isə ya mövcud deyildi, ya da məlumatlar tez-tez yenilənmirdi.

2000-lərin əvvəllərində sərnişinlərin şikayət etdiyi digər sahə isə komfort səviyyəsi idi. Köhnə qatarlar, narahat oturacaqlar, zəif havalandırma sistemi və daha bir neçə oxşar hal… Elə bəzi vağzallarda sanitar şərait, sərnişin axınının tənzimlənməsi və təhlükəsizlik məsələləri də ürəkaçan olmayıb.

Bu gün sərnişinlər ADY-nin rəsmi vebsaytı və ya mobil tətbiqi vasitəsilə istədikləri marşrut üzrə bilet ala bilirlər. Elektron bilet sisteminin tətbiqi sayəsində kağız biletlərə ehtiyac qalmayıb. Sərnişinlər yalnız telefonlarında QR kod göstərməklə qatara minə bilirlər.

Həmçinin, tətbiq vasitəsilə qatarların hərəkət cədvəlini izləmək, biletləri dəyişdirmək və ya ləğv etmək mümkündür. Bu isə sərnişinlərə vaxt və rahatlıq baxımından böyük üstünlük verir.

Bütün bu problemlərin həlli fonunda iki əsas mərhələ xüsusi diqqət çəkir: Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövrü və onun siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar.

Heydər Əliyev dövründə dəmir yolları

Üç əsrlik Azərbaycan Dəmir Yollarının tarixi inkişaf yolunda dönüş nöqtəsi sayılan 34 illik mərhələ Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Dahi rəhbərin Azərbaycana rəhbərlik etdiyi 1969-1993-cü illər ərzində dəmir yolu sahəsində mühüm və tarixi islahatlar həyata keçirilib. Bu dövr ərzində infrastrukturun müasirləşdirilməsi, yeni lokomotiv və vaqonların alınması, texniki-təchizat bazasının gücləndirilməsi kimi vacib addımlar atılıb. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dəmir yolları təkcə respublika daxilində deyil, həm də regionda strateji nəqliyyat şəbəkəsinin mühüm həlqəsinə çevrilib.

Heydər Əliyev yalnız ölkənin siyasi rəhbəri kimi deyil, həm də dəmir yolu ailəsində böyümüş şəxs kimi bu sahəyə xüsusi münasibət bəsləyib. Onun çıxışlarında dəmir yoluna olan sevgisi, hörməti və bu sahədə çalışan insanlara verdiyi dəyər hər zaman hiss olunub. Bu münasibətin ən unudulmaz nümunələrindən biri 1998-ci ilin 6 dekabrında Keşlə stansiyasında yaşanıb. Həmin gün Ulu Öndər Heydər Əliyev, dəmiryolçular tərəfindən məcburi köçkünlər üçün qurulmuş konteyner şəhərciyinə baş çəkib, burada yaradılmış yaşayış evləri, sinif otaqları, səhiyyə məntəqələri və məişət obyektləri ilə tanış olub.

O, dəmiryolçular qarşısında çıxış edərkən deyib: "Tərcümeyi-halımdan məlumdur ki, mənim atam da dəmiryolçu olubdur. Mən dəmiryolçu ailəsində böyümüşəm. Hələ uşaq ikən dəmir yollarının üzərində, nə qədər atamın yanında olmuşam. Hesab edirəm ki, dəmir yolunu həm bilirəm, həm də sevirəm. Dəmir yolu sahəsinin Azərbaycanda dərin kökləri və böyük ənənələri var. Dəmiryolçular həmişə çox intizamlı olublar. Dəmir yolunun özü çox intizam tələb edir. Keçmişdə belə bir ənənə var idi ki, saatları həmişə dəmir yolunun saatları ilə düzəldirdilər. Çünki dəmir yolunun saatı həddindən artıq dəqiq işləyən saat idi".

İlham Əliyev dövründə rəqəmsal inqilab

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun, o cümlədən dəmir yolu sahəsinin inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bunun nəticəsidir ki, 7 oktyabr 2005-ci ildə dövlət başçısının sərəncamı ilə hər il oktyabrın 13-ü Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Prezident İlham Əliyevin imzası ilə dəmir yollarının daha da gücləndirilməsi və modernləşdirilməsi məqsədilə 6 iyul 2010-cu ildə daha bir mühüm qərar verilib. Həmin vaxt  "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010–2014-cü illərdə inkişafına dair Dövlət Proqramı" təsdiq olunub.

Bu proqram sayəsində ölkədə dəmir yolu infrastrukturu yenilənib, yeni vaqon və lokomotivlər alınıb, stansiyalar müasirləşdirilib, rəqəmsal idarəetmə sistemləri tətbiq olunub. Ən əsası isə dəmir yollarının ölkənin beynəlxalq logistika və yükdaşımaları sahəsində rolunun artması üçün yeni imkanlar açılıb.

2015-ci il 18 sentyabr tarixində isə daha bir önəmli qərar qəbul edilib. "Azərbaycan Dövlət Dəmir Yolları" QSC artıq Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılaraq müstəqil qurum statusu alıb. Bu addım dəmir yollarının daha çevik, daha operativ və daha müstəqil fəaliyyət göstərməsi üçün mühüm imkanlar yaradıb.

Rəqəmsallaşmanın yük daşımalarında tətbiqi

ADY yalnız sərnişin daşımalarında deyil, yük daşımalarında da rəqəmsal həllərə keçib. İndi yük sahibləri yükün yerini real vaxt rejimində izləyə, ödənişləri onlayn həyata keçirə bilirlər. 

Bundan başqa tarif kalkulyatoru tətbiq edilib və artıq Azərbaycan Dəmir Yollarının internet saytında (www.ady.az) yerləşdirilib. Bu rəqəmsal həll daşıma xərclərinin hesablanmasını və müştərilərlə qarşılıqlı əlaqəni əhəmiyyətli dərəcədə sadələşdirib və prosesi sürətləndirib. Bu sistem həm yük göndəricilərinin, həm də ADY əməkdaşlarının işini asanlaşdırır.

Təhlükəsizlik məsələlərində yeni texnologiyaların rolu

Rəqəmsal yeniliklər bunlarla da məhdudlaşmır. Qatarların hərəkətinin avtomatlaşdırılmış idarəetmə sistemləri, rəqəmsal siqnalizasiya, real vaxt rejimində monitorinq kimi texnologiyalar sayəsində təhlükəsizlik daha yüksək səviyyəyə çatdırılıb.

ADY həmçinin ağıllı kameralar və sensorlar vasitəsilə dəmir yolu xətlərinin texniki vəziyyətini izləyir. Bu, qəza risklərini minimuma endirir.

Sadalanan funksiyalar artıq dəmir yolu sərnişinləri və müştəriləri üçün adi hala çevrilib.

Proseslərin mükəmməlləşdirilməsi

Amma bu yeniliklər fonunda bir məsələ də var ki, ondan danışmamaq mümkün deyil: gələcəkdə görülməli işlər və xüsusən də təhlükəsizlik sahəsindəki çağırışlar.

Hazırda ölkədə qatarların maksimal hərəkət sürəti 140 km/saat-dır. Amma bu sürət yalnız düz və maneəsiz sahələrdə tətbiq oluna bilir. Stansiya yaxınlıqlarında və yolun əyri hissələrində sürət məcburi şəkildə azaldılır.

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirir ki, əslində qatarların texniki sürət limiti 160 km/saat-dır və bu, Şərqi və Mərkəzi Avropa ölkələri üçün də standart hesab olunur. Bəzən ictimaiyyətdə "sürətli qatar" dedikdə dərhal Yaponiya və Çin nümunələri yada düşür. Lakin həmin ölkələrdə tamamilə ayrıca sürətli dəmir yolu xətti mövcuddur. Azərbaycanda isə həm yük, həm sərnişin qatarları eyni xətdən istifadə edir. Bu isə təhlükəsizlik və infrastruktur baxımından əlavə çətinliklər yaradır.

O, hesab edir ki, qatarların daha sürətli hərəkət edə bilməsi üçün yalnız texniki imkanlar yetərli deyil. Dəmir yolu boyunca təhlükəsizlik infrastrukturunun gücləndirilməsi əsas şərtdir:

"Dəmir yolu boyunca çəpərlənmə işləri, yerüstü və yeraltı keçidlər, mikromobillik və heyvan keçidləri qurulmalıdır. Məsələn, 72 km/saatla hərəkət edən bir qatarın əyləc məsafəsi 1000 metrdir. Bizdə bəzi sahələrdə sürət 140 km/saatdır, amma bu halda belə qatarın tam dayanması üçün 2 km məsafə tələb olunur. Yəni bu nəqliyyat növündə sürətə keçid üçün ciddi hazırlıq lazımdır".

Bu yazı "Azərbaycan Dəmir Yolları" QSC və Mətbuat Şurasının "Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu" mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.

Banu Hüseynli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://baku.ws
archiveBu xəbər 30 İyun 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see334

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see243

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see236

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see167

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see153

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see151

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see150

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see149

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see137

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see135

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see135

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri