ADY nin işdən çıxan departament müdirinə yeni vəzifə verildi
Pravda.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Azərbaycan Dəmiryolları” QSC-nin Təchizat departamentinin müdiri vəzifəsindən ayrılan Emil Pənahov yeni vəzifəyə təyin edilib.
Pravda.az-ın “PostMedia”ya istinadən məlumatına görə, o, “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin təchizat işlərinə rəhbərlik edəcək.
Qeyd edək ki, 2023-cü ildən ADY-də fəaliyyət göstərən Emil Pənahov vəzifəsindən ayrılıb. Onun yerinə bu vəzifəyə Fərid Hüseynov təyin edilib.

