Icma.az
close
up
RU
Şəmkir sakini hərbi hissədə vəhşicəsinə döyüldü, şikayətinə baxılmır HƏRBİ PROKURORLUQ İTTİHAM OLUNUR / FOTO

Şəmkir sakini hərbi hissədə vəhşicəsinə döyüldü, şikayətinə baxılmır HƏRBİ PROKURORLUQ İTTİHAM OLUNUR / FOTO

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şəmkir şəhər sakini Səfərova Ramiyyə Nofəl qızı tərəfindən Hurriyyet.az saytına şikayət daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə və Müdafiə naziri Zakir Həsənova müraciət edir:

"Cənab Prezident!

Cənab Nazir!

Mən, Səfərova Ramiyyə Nofəl qızı, yazaraq sizlərdən kömək istəyirəm. Qardaşım Səfərov Radif Tovuz rayonunda, N saylı hərbi hissədə "Maxe" işləyir. Qardaşımın iş yoldaşı Emin axşam saatlarında onu yeməyə dəvət edib. Yeməyə oturan zaman 2 nəfər də gəlib. Qardaşım kim olduqlarını soruşub. Emin deyib ki, mən çağırmışam, dostlarımdır.

Masada içki də olub. Qardaşım 100 qram içib, deyib ki, daha içmirəm, yorğunam. Bu zaman Emin adlı şəxs əsəbləşib və onun sinəsinə yumruqla vurub. O, dostları ilə birgə qardaşımı döyüb.

Qardaşım onların əlindən qaçıb, hərbi hissəyə gedib. Emin dostları ilə birgə hərbi hissəyə daxil olub, qardaşımı bir daha ölümcül döyüblər.

Radifi Şəmkir rayonunda yerləşən hərbi hospitala aparıblar. Orada həkimlər yaxın durmayıblar. Gəncə şəhər hərbi hospitalında isə 1 gün komada qalıb, səhəri gün yenidən Şəmkirdəki hərbi hospitala qaytarıblar. O, 10 gün həkim nəzarəti altında xəstəxanada yatıb...

Şəmkir Hərbi Prokurorluğu 4 aydır işimizə baxmır. Qardaşma hədə-qorxu gəlirlər ki, “Eminin adın çəkmə, onun adını çəksən səni həbs edəcəyik”.  Emin isə "əmim sağ olsun, onun sayəsində heç nə edə bilməyəcəksiniz, pulunu verib, işimizi görmüşük", - deyir.

Qardaşımın vəziyyəti heç yaxşı deyil. Hərbi Prokurorluq şikayətimizi təmin etmir. Qardaşım özünü öldürsə, kim cavab verəcək?! Belə çıxır ki, kimin pulu var, nə istəsə edə bilər?!"

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 04 İyun 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri