ADY sözcüsü: BTQ nin modernləşdirilməsi Orta Dəhlizin imkanlarını artıracaq
Icma.az bildirir, Newscenter.az portalına istinadən.
Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilməsi Orta Dəhlizin imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.
Newscenter.az-ın məlumatına görə, "Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin Kommunikasiya Departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Bakı–Tbilisi–Qars dəmir yolu xətti Orta Dəhlizin Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçən ən mühüm seqmentlərindən biridir: "Son illərdə Orta Dəhliz üzrə yükdaşımaların həcminin artması xəttin imkanlarının genişləndirilməsini zəruri edib. Bu məqsədlə "Azərbaycan Dəmir Yolları" 2023–2024-cü illərdə xəttin Gürcüstan hissəsində genişmiqyaslı modernləşdirmə işləri həyata keçirib. Nəticədə BTQ xəttinin illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona yüksəlib".
ADY sözcüsünün sözlərinə görə, iyunun 2-də Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra istifadəyə verilməsi ilə bağlı tədbir keçiriləcək: "Bu tədbir layihənin yeni mərhələyə qədəm qoyduğunu göstərir. BTQ xəttinin tam gücü ilə istismarı Orta Dəhliz boyunca yükdaşımaların daha da artmasına, Asiya ilə Avropa arasında ticarət əlaqələrinin genişlənməsinə və regionun tranzit imkanlarının güclənməsinə mühüm töhfə verəcək. BTQ dəmir yolu xətti hazırda regionun ən mühüm nəqliyyat marşrutlarından biri kimi strateji əhəmiyyət daşıyır".
Bu mövzuda digər xəbərlər:BTQ layihəsi Orta Dəhlizin tranzit imkanlarını artıracaq Laşa Abaşidze
02 İyun 2026 13:26
Bahar Özsoy: BTQ nin modernləşdirilməsi Orta Dəhlizin qlobal rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq
09 İyun 2026 13:29
TRIPP Orta Dəhlizin imkanlarını genişləndirəcək
09 Sentyabr 2025 14:50
ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır
06 Oktyabr 2026 15:02
Nazir: Zəngəzur dəhlizi Orta Dəhlizin səmərəliliyini artıracaq
17 İyun 2026 15:17
Baxış sayı:185
Bu xəbər 02 İyun 2026 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















