Icma.az
close
up
RU
Bahar Özsoy: BTQ nin modernləşdirilməsi Orta Dəhlizin qlobal rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq

Bahar Özsoy: BTQ nin modernləşdirilməsi Orta Dəhlizin qlobal rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 9 iyun, AZƏRTAC

Son illərdə qlobal ticarət marşrutlarının yenidən formalaşdığı və alternativ nəqliyyat dəhlizlərinin strateji əhəmiyyət qazandığı şəraitdə Orta Dəhliz Avrasiya məkanının ən perspektivli tranzit xətlərindən birinə çevrilib. Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilməsi və illik yükdaşıma qabiliyyətinin 1 milyon tondan 5 milyon tona çatdırılması Orta Dəhlizin beynəlxalq rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirən mühüm addımdır. Bu proses Azərbaycanın Avrasiyanın aparıcı tranzit və logistika mərkəzlərindən birinə çevrilməsi istiqamətində həyata keçirdiyi uzunmüddətli strategiyanın tərkib hissəsi kimi qiymətləndirilməlidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ankara Hacı Bayram Vəli Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin dosenti, siyasi ekspert Bahar Özsoy söyləyib.

Onun sözlərinə görə, COVID-19 pandemiyasından sonra təchizat zəncirlərində yaranan qırılmalar, Rusiya–Ukrayna müharibəsinin yaratdığı geosiyasi qeyri-müəyyənliklər və Qırmızı dənizdə müşahidə olunan təhlükəsizlik problemləri qlobal ticarət iştirakçılarını alternativ marşrutlar axtarmağa sövq edib. Xüsusilə Süveyş kanalı və Bab əl-Məndəb xəttində yaranan risklər Asiya ilə Avropa arasındakı ticarətin yalnız müəyyən marşrutlardan asılı qalmasının yaratdığı problemləri bir daha ortaya qoyub. Bu şəraitdə Çindən başlayaraq Mərkəzi Asiya, Xəzər hövzəsi, Cənubi Qafqaz və Türkiyə üzərindən Avropaya uzanan Orta Dəhliz yalnız alternativ tranzit marşrutu deyil, eyni zamanda, Avrasiyanın gələcək iqtisadi və geosiyasi memarlığını formalaşdırmaq potensialına malik strateji bağlantı layihəsi kimi ön plana çıxır:”Orta Dəhlizin uğuru böyük ölçüdə onun malik olduğu nəqliyyat infrastrukturunun tutumundan və səmərəliliyindən asılıdır. Bu baxımdan BTQ dəmir yolu xəttinin modernləşdirilməsinin başa çatdırılması və tam gücü ilə istifadəyə verilməsi son dərəcə mühüm hadisədir. Gürcüstan hissəsində həyata keçirilən yenidənqurma işləri nəticəsində xəttin illik yükdaşıma qabiliyyəti 1 milyon tondan 5 milyon tona yüksəldilib. Beləliklə, BTQ xətti Orta Dəhlizin ən mühüm dar keçidlərindən birinin aradan qaldırılmasına töhfə verən yeni mərhələyə qədəm qoyub”.

Ekspert vurğulayıb ki, BTQ-nin tutumunun artırılması Orta Dəhlizin beynəlxalq rəqabət qabiliyyətini də əhəmiyyətli dərəcədə gücləndirəcək. "Hazırda tranzit müddətləri, logistika xərcləri və marşrut təhlükəsizliyi qlobal logistika sektorunun əsas müəyyənedicilərinə çevrilib. Şimal Dəhlizin üzləşdiyi siyasi risklər və dəniz daşımalarında yaşanan problemlər fonunda BTQ-nin artan tutumu Orta Dəhlizin daha çox yük cəlb etməsinə və Avropa–Asiya ticarətində daha güclü alternativ kimi mövqelənməsinə imkan yaradacaq. Bu proses yalnız region ölkələrinin tranzit gəlirlərini artırmayacaq, eyni zamanda, dəhliz boyunca yerləşən logistika mərkəzlərinin və sənaye zonalarının inkişafını da sürətləndirəcək", - deyə o diqqətə çatdırıb.

Bahar Özsoy deyib ki, sözügedən inkişaf Azərbaycan üçün də mühüm strateji nəticələr doğurur. Son iyirmi ildə enerji ixracatçısı olmaqla yanaşı, regional bağlantı mərkəzi olmaq hədəfini həyata keçirən Azərbaycan nəqliyyat infrastrukturuna yatırdığı investisiyalar hesabına bu məqsədə addım-addım yaxınlaşır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Xəzər keçidli nəqliyyat layihələri və BTQ dəmir yolu birlikdə qiymətləndirildikdə, Azərbaycanın yalnız tranzit ölkə deyil, həm də Avrasiya logistika şəbəkələrinin əsas mərkəzlərindən birinə çevrilmək istiqamətində irəlilədiyi aydın görünür. BTQ-nin artan tutumu Azərbaycanın Şərq–Qərb ticarətindəki rolunu daha da gücləndirəcək, ölkənin tranzit gəlirlərinin, logistika xidmətlərinin və regional iqtisadi təsir imkanlarının genişlənməsinə şərait yaradacaq.

Ekspert bildirib ki, bu gün BTQ dəmir yolu xəttinin modernləşdirilməsinin başa çatdırılması yalnız texniki infrastruktur layihəsi kimi qiymətləndirilməməlidir. Bu inkişaf Orta Dəhlizin qlobal ticarət sistemində daha görünən mövqe qazanmasına, Türk dünyası ilə Avropa arasındakı iqtisadi inteqrasiyanın güclənməsinə və Azərbaycanın Avrasiyanın aparıcı tranzit-logistika mərkəzlərindən birinə çevrilməsi hədəfinə xidmət edir. Artan geosiyasi rəqabət və dəyişən qlobal ticarət dinamikləri nəzərə alındıqda, BTQ xəttinin yeni yükdaşıma potensialı qarşıdakı dövrdə Orta Dəhlizin beynəlxalq mövqeyini müəyyən edən əsas amillərdən biri olacaq.

“Qarşıdakı mərhələdə Xəzər keçidlərinin səmərəliliyinin artırılması, rəqəmsal gömrük tətbiqlərinin genişləndirilməsi və dəhliz boyunca logistika koordinasiyasının gücləndirilməsi kimi addımlar əldə olunan nailiyyətlərin daha da möhkəmləndirilməsinə xidmət edəcək. Fiziki infrastruktur investisiyalarının institusional əməkdaşlıq mexanizmləri ilə dəstəklənməsi Orta Dəhlizin Avrasiya ticarətindəki strateji rolunu daha da gücləndirəcək və regionun qlobal iqtisadi sistemdə əhəmiyyətini artıracaq”, - deyə o bildirib.

Müxbir - Nailə Həsənova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyun 2026 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri