Icma.az
close
up
RU
ADY və Çinin Sian Limanı beynəlxalq yükdaşıma əməliyyatlarını təkmilləşdirir: yeni Anlaşma Memorandumu imzalanıb FOTO

ADY və Çinin Sian Limanı beynəlxalq yükdaşıma əməliyyatlarını təkmilləşdirir: yeni Anlaşma Memorandumu imzalanıb FOTO

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Çin Xalq Respublikasının Sian şəhərinin meri Ye Niu Pinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

ADY-dən "APA-Economics"ə verilən məlumata görə, görüşdə Prezident İlham Əliyevin 2025-ci ilin aprel ayında Çinə səfərinin Azərbaycan – Çin əlaqələrinin inkişafında mühüm mərhələ olduğu vurğulanıb. Qeyd olunub ki, səfər zamanı iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat, həmçinin beynəlxalq multimodal daşımalar və “Kəmər və Yol Təşəbbüsü”nün birgə təşviqi haqqında imzalanmış sazişlər nəqliyyat və logistika sektorunda əməkdaşlığın daha da genişləndirilməsi üçün möhkəm zəmin yaradıb.

Həmçinin Orta Dəhlizin inkişafı üzrə ADY və Çin nəqliyyat-logistika şirkətləri və limanları arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, bu əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Bildirilib ki, Orta Dəhlizin imkanlarının genişləndirilməsi və dəhlizlə yük axınlarının artırılması məqsədilə ADY və Çinin Sian Limanı sıx əməkdaşlıq edir. Bu əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində iyulda ADY-nin Sian Limanında nümayəndəsi təyin edilib və illik yükaşırma gücü 20,000 TEU olan konteyner meydançası açılıb. Eyni zamanda ADY nümayəndələri sürətli məlumat mübadiləsi üçün Sian Limanının əməliyyat sisteminə girişlə təmin edilib.

Qeyd edilib ki, ADY bu ilin 9 ayı ərzində 296 blok-qatar, o cümlədən 113 tranzit qatar qəbul edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 39% artım deməkdir. Analoji dövrdə ümumilikdə 103,134 TEU konteyner yük daşınıb ki, bu da 2024-cü ilin müvafiq dövrünün göstəricisindən (86,413) təxminən 20 faiz çoxdur.

Görüş çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC və Çinin Sian Limanı arasında Anlaşma Memorandumu imzalanıb.

ADY sədrinin müavini Arif Ağayev və “Xi’an International Port Group”un baş direktoru Yuan Syaodzyunun imzaladığı sənəddə beynəlxalq yükdaşımalar üzrə əlverişli mühitin yaradılması, rəqəmsallaşma sayəsində xidmət keyfiyyətinin artırılması və “Kəmər və Yol Təşəbbüsü” çərçivəsində Orta Dəhliz boyunca multimodal nəqliyyat əlaqələrinin genişləndirilməsi üçün birgə tədbirlər nəzərdə tutulur.

Tərəflər Anlaşma Memorandumunu imzalamaqla konteyner qatarlarının təşkili və istismar qaydalarının optimallaşdırılması, yüklərin daşınma müddətinin təkmilləşdirilməsi, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) imkanlarının artırılması, dəhliz boyu dəmir yolu və liman infrastrukturunun modernləşdirilməsi o cümlədən Xəzər dənizində yüklərin daşınması mexanizminin təkmilləşdirilməsi, Bakı – Tbilisi – Qars dəmir yolu xəttinin funksionallığının genişləndirilməsi, bu xəttin Türkiyə və Avropanın dəmir yolu şəbəkələri ilə əlaqəsinin daha səmərəli təşkili, Orta Dəhliz boyunca nəqliyyatın dayanıqlı inkişaf planının hazırlanması, daha çox tranzit yüklərin cəlbi və daşımaların həcminin artırılması istiqamətlərində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.

Həmçinin yükdaşımaların real vaxt rejimində monitorinqi məqsədilə elektron məlumat mübadiləsi sisteminin hazırlanması və tətbiqi barədə razılıq əldə olunub.

ADY və Sian Limanının rəhbərliyi logistika infrastrukturuna birgə investisiya, birgə tikinti layihələrinin icrası və infrastrukturdan birgə istifadə modellərini fəal şəkildə araşdıracaqlarını bəyan ediblər.

Bundan başqa, tərəflər Orta Dəhliz boyunca yerləşən ölkələrdə müştərilərə yüksək səmərəli yükdaşıma xidmətləri göstərmək üçün Çin və ya Azərbaycanda sadələşdirilmiş biznes modeli əsasında şirkətin yaradılmasında maraqlı olduqlarını bildiriblər.

Qeyd edək ki, Çinin mərkəzində yerləşən Sian Limanı quru ərazidə olsa da, beynəlxalq ticarətə qapı funksiyası daşıyır, daxili bölgələr üçün dəniz limanlarına çıxış nöqtəsi rolunu oynayır. Sian Limanı Çinin qərb və mərkəzi bölgələrini Mərkəzi Asiya, Avropa və Yaxın Şərqlə birləşdirən dəmir yolu marşrutlarının əsas qovşağıdır. Bu liman vasitəsilə Çinin daxili bölgələrindən Avropaya, əsasən, elektronika, tekstil və kənd təsərrüfatı məhsulları ixrac olunur, eyni zamanda Avropadan və Mərkəzi Asiyadan enerji resursları, kimyəvi məhsullar və sənaye avadanlıqları idxal edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://apa.az
archiveBu xəbər 27 Oktyabr 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see268

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see249

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see188

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see161

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see147

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see147

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see144

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri