Icma.az
close
up
RU
ADY yetim uşaqdan əl çəkmədi, məhkəmələrdə KONKRET

ADY yetim uşaqdan əl çəkmədi, məhkəmələrdə KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycan Dəmir Yolları” QSC Ağstafa-Bakı marşrutu ilə hərəkət edən sürət qatarına daşın atılması və hadisə nəticəsində quruma 7003 manat ziyan dəyməsi ilə bağlı məhkəməyə müraciət edib.

KONKRET.az xəbər verir ki, ADY dəymiş ziyana görə hadisəni törədən yeniyetmənin ögey atasından dəymiş zərəri ödəməsini tələb edib. Əvvəlcə onu bildirək ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin müvafiq bölməsi tərəfindən araşdırma aparılıb və məlum olub ki,  Lökbatan avtomobil keçidində hərəkətdə olarkən qatarın sağ yan şüşə hissələrinə zərər verən şəxs 2009-cu il təvəllüdlü yeniyetmədir. Lakin yeniyetmə cinayət məsuliyyətinə imkan verən yaş həddinə çatmadığdan məsuliyyətdən azad edilib.

Bundan sonra ADY məhkəməyə üz tutub. 2024-cü ildə baş vermiş bu hadisəyə görə, birinci instansiya məhkəməsində ADY-nin iddiasını qəbul etməyib. Belə ki, cavabdeh qismində çıxış edən yeniyetmənin ögey atası uşağı övladlığa götürdüyünü, ona sadəcə, atalıq verdiyini bildirib. Cavabdehin sözlərinə görə, o, xanımı ilə ADY-nin iddia qaldırdığı məsələdən 4 il öncə ayrılıb və Valeh (ad şərtidir) anasının himayəsindədir. Beləliklə məhkəmədə zərərin cavabdehin təqsiri üzündən yaranmadığı müəyyən edilib. Belə ki, cavabdeh arvadından boşandıqdan sonra o, uşağının tərbiyəsi, onun böyüməsi ilə məşğul olmayıb. Ona görə də cavabdehin həmin yetkinlik yaşına çatmayan uşağın vurduğu zərərin əvəzini ödəməsi əsaslı sayıla bilməz.

ADY birinci instansiya məhkəməsində istədiyi nəticəni əldə etmədikdən sonra apellyasiya şikayəti verib.  Şikayətdə qeyd olunub ki, “Stadeler” tipli qatara zərər dəyməsi ilə bağlı DİN-in Nəqliyyatda Baş Polis İdarəsimin müvafiq idarəi tərəfindən araşdırma aparılıb, lakin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarılıb. Beyləqan Rayon Məhkəməsini pozuntuda ittiham edən “Azərbaycan Dəmir Yolları” QSC Şirvan Apellyasiya Məhkəməsində də istədiyi nəticəni əldə edə bilməyib.

Qurum bu dəfə Ali Məhkəməyə kassasiya şikayəti verib.  ADY şikayətini belə əsaslandırıb ki, Valehin ögey atası ilə anası boşansalar da, məsuliyyət hər ikisinin üzərinə düşür. Qurum əlavə edib ki, boşanma faktı valideynlik məsuliyyətindən azad etmir və eyni zamanda nəzərə almaq lazımdır ki, cavabdeh valideynlik hüquqlarından məhrum edilməyib. Ali Məhkəmə isə hesab edib ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunub. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Buna görə də, ADY-nin kassasiya şikayəti təmin edilməyib, nəticədə qurum hər üç məhkəməni uduzub. (xitab24.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://konkret.az
archiveBu xəbər 29 May 2026 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see384

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see312

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see265

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see262

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see250

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see238

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see237

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see225

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see222

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see220

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see214

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see213

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see211

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see210

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see208

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see199

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri