Icma.az
close
up
RU
ADYnın bahalı “sürət qatarı” 3 saatlıq yolu 8 saata gedir...

ADYnın bahalı “sürət qatarı” 3 saatlıq yolu 8 saata gedir...

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Azərbaycan Dəmir Yolları” QSC tərəfindən yenicə istifadəyə verilən Bakı-Balakən qatarı xidmətə başladığı gündən tənqid edilir. Vətəndaşların ən çox narazı qaldığı əsas məsələlər sürət qatarının 3 saatlıq yolu mənzil başına 8 saata çatması və biletlərin olduqca bahalığıdır. 
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri, ekspert Eyyub Hüseynov Demokrat.az-a deyir ki, burada qiymətlər xeyli aşağı olmalıdır:

"Azərbaycan varlı ölkədir. Optimal olaraq 1 adama maksimum 10 manat nəzərdə tutulmalıdır. Bir çox ölkələrdə qatarla səyahət etmişəm. Hətta, çox kasıb olan Şri-Lankada 2 dəfə daha çox olan məsafəyə biletlər daha ucuz satılır. Səfalət içində olan Hindistanda belə biletlər Azərbaycandan qat-qat ucuzdur. Sürət qatarı böyük sürətlə hərəkət etməlidir, hər yerdə dayanmamalıdır. Ən əsası da istehlakçılar xidmətdən razı qalmalıdırlar. Dəmiryolları ilə bağlı mənə istehlakçılardan müraciətlər daxil olur. Qatardakı servis vəziyyəti və qiymətlər onları ciddi narahat edir. Düşünürəm ki, Azərbaycan kimi varlı ölkəyə bu cür qiymətlər və çpx aşağı olan sürət yaraşmır". 
Hüquqşünas Əkrəm Həsənov isə Demokrat.az-a bildirib ki, Avropa ölkələrində qatarla gediş qiymətləri digər nəqliyyat vasitələrinə nisbətən ucuzdur:

"Bunu manatla hesabladığımız zaman bizimlə eyni qiymətə başa gəlir. Hətta, bir az daha bahadır deyə bilərik. Bizim sürət qatarında standart yer 1 nəfər üçün gediş-gəliş 40 manat təşkil edir. Deyə bilərik ki, bu qiymət həmin nəqliyyat vasitəsinin maya dəyərini nəzərə alaraq təyin olunub. Qatarın xaricdən gətirilməsini və istismarına sərf olunan vəsaiti nəzərə almaq lazımdır. Biznes baxımından qiymətlər başa düşüləndir. Çəkilən xərclər bu cür çıxarılmalıdır.
Ancaq Azərbaycanda insanların gəliri aşağıdır. Avropa ilə müqayisə etsək, onların maaşlarının da qat-qat çox olmasını vurğulamaq lazımdır. Əsas problem budur. Həll yollarından biri dövlətin xərcləri öz büdcəsindən ödəməsidir. Dövlət şirkətlərində isə yeyinti baş verir. Dövlət şirkətləri öz xərclərini gəlirləri hesabına bağlaya bilmirlər".
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:225
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Yanvar 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see556

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see504

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see346

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see275

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see253

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see246

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see226

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see220

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see217

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see212

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see205

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see196

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see193

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see187

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see186

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see185

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri