Icma.az
close
up
RU
Aeroportda müzakirə keçirilib FOTO

Aeroportda müzakirə keçirilib FOTO

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Heydər Əliyev Beynəlxalq Aeroportu, "Azərbaycan Hava Yolları" (AZAL) və QSI şirkətinin birgə təşkilatçılığı ilə Hava Limanı Karbon Akkreditasiyası (Airport Carbon Accreditation - ACA) proqramına həsr olunmuş seminar keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

Bildirilib ki, regionda ACA proqramının 3-cü səviyyəsinə yüksələn ilk hava limanı olan Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən seminarda növbəti akkreditasiya səviyyələrinə keçid tələbləri, AZAL-ın ESG (Ətraf mühit, sosial və korporativ idarəetmə) strategiyası çərçivəsində dekarbonizasiya hədəfləri və gələcək fəaliyyət istiqamətləri müzakirə edilib.

QSI şirkətinin baş direktoru Okay Kayhanlının təlimçiliyi ilə keçirilən seminarda karbon emissiyalarının sistemli monitorinqi, etibarlı məlumat mübadiləsi və tərəfdaşlarla birgə dekarbonizasiya tədbirləri əsas prioritetlər kimi müəyyənləşdirilib.

Xüsusi diqqət "Scope 3" çərçivəsinə daxil olan dolayı emissiyaların idarə edilməsinə və aeroport ekosisteminin əsas iştirakçılarının prosesə daha fəal cəlb olunmasına yönəldilib. Bu istiqamətdə aviaşirkətlər, yerüstü xidmət operatorları, yanacaq və enerji təchizatçıları, nəqliyyat şirkətləri və digər xidmət təminatçıları ilə əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda enerji səmərəliliyinin artırılması və emissiyaların azaldılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. 4 000-dən çox köhnə işıqlandırma qurğusunun enerji səmərəli alternativlərlə əvəz edilməsi və yeni işıqlandırma idarəetmə sistemlərinin tətbiqi nəticəsində ildə təxminən 1.2 GVt/saat elektrik enerjisinə qənaət olunur. Bu tədbirlər, eyni zamanda, karbon emissiyalarının ildə təxminən 600 ton CO₂ azalmasına imkan verir.

2025-ci ildən "ISO 50001:2018" Enerji İdarəetmə Sisteminin tətbiqinə başlanılıb. Nəticədə 2025-ci ildə əvvəlki illə müqayisədə bir uçuşa düşən elektrik enerjisi istehlakı 2.3% azalıb.

Bununla yanaşı, Terminal 1-də Bina İdarəetmə Sistemi (BMS) yenilənib, işıqlandırma və havalandırma sistemlərinin daha səmərəli idarə olunması təmin edilib. Növbəti mərhələdə digər sistemlərin BMS-ə inteqrasiyası və bərpa olunan enerji layihələrinin genişləndirilməsi nəzərdə tutulur.

Həyata keçirilən tədbirlər Heydər Əliyev Beynəlxalq Aeroportunun karbon emissiyalarının mərhələli şəkildə azaldılması, enerji səmərəliliyinin artırılması və daha dayanıqlı aeroport ekosisteminin formalaşdırılması üzrə uzunmüddətli fəaliyyətinin tərkib hissəsidir. Hava limanı bu istiqamətdə sistemli işini davam etdirərək 2050-ci ilədək xalis sıfır emissiyaya nail olmaq üzrə uzunmüddətli hədəfinə doğru irəliləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 12 Avqust 2026 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri