Icma.az
close
up
RU
Aeroportda unudulan baqajlar ucuz qiymətə satılır?

Aeroportda unudulan baqajlar ucuz qiymətə satılır?

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Hava limanında unudulan baqajların saxlanması və onların sonrakı taleyi ilə bağlı məsələlər hər zaman vətəndaşlar üçün diqqət mərkəzində olur. Xüsusilə sosial şəbəkələrdə itirilmiş baqajların ucuz qiymətə satılması kimi yayılan elanlar bəzi sərnişinlərdə narahatlıq da yaradır. 

“Qafqazinfo”ya açıqlama verən Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Xidmətin təşkili şöbəsinin rəisi Elşən Səfərli bu məsələyə aydınlıq gətirib.

O bildirib ki, baqajın hansı zonada unudulması onun sonrakı prosesini müəyyən edir:

“Əgər unudulmuş baqaj artıq gömrük yoxlamasından keçibsə, bu, həmin əşyanın gömrük nəzarəti zonasında olmadığı və xarici ərazidə yerləşdiyi anlamına gəlir. Yoxlamadan öncə unudulan əşyalar isə “itmiş baqaj” bölməsinə verilir və bu əşyalar gömrük nəzarəti altında, AZAL-a məxsus saxlanma yerində qorunur. Unudulmuş baqajların üzərindən müəyyən müddət keçdikdən sonra sahib şəxs yaxınlaşaraq onu götürmək istəyəndə, baqaj gömrük əməkdaşları tərəfindən yoxlanılır. Əgər içərisində mülki dövriyyəsi məhdudlaşdırılmış, qadağan olunmuş və ya qanunsuz əşyalar aşkarlanarsa, həmin əşyalar müsadirə edilə və yalnız o halda satışa çıxarıla bilər. Digər bütün hallarda gömrüyün bu baqajlara münasibəti sıfırdır və onların satışı mümkün deyil”.

Şöbə rəisi qeyd edib ki, gömrük orqanı yalnız müsadirə edilmiş əşyaların satışına icazə verir. Sahibsiz elan olunmuş və ya gömrük qanunvericiliyinin pozulması ilə bağlı müsadirə edilən mallar isə qanunvericliyə uyğun şəkildə dövriyyəyə buraxıla bilər.

Bəs itmiş çamadanımızı nə qədər müddət ərzində götürməliyik?

Məsələ ilə bağlı Heydər Əliyev Beynəlxalq Hava Limanından sorğumuza cavab olaraq bildirildi ki, hava limanında “itmiş baqaj” anlayışı iki kateqoriyaya bölünür: uçuş zamanı itən baqaj və hava limanı ərazisində unudulan baqaj:

“Uçuş zamanı itmiş baqaj- Sərnişin təyyarədən endikdən sonra baqajının gəlmədiyini görərsə, bu halda məsuliyyət aviaşirkətə məxsusdur. Bunun bir neçə səbəbi ola bilər:

- baqajın sərnişinlər tərəfindən səhv götürülməsi;

- baqajın texniki səbəbdən çatdırılmaması və s.

Bu halda sərnişin hava limanında fəaliyyət göstərən “Lost and Found” xidmətinə müraciət edir. Burada ona xüsusi forma təqdim olunur və sərnişin baqaj etiketini təqdim etməklə sənədi doldurur. Baqaj tapıldıqdan sonra aviaşirkət sərnişinlə əlaqə saxlayaraq baqajı təhvil verir.

Hava limanı ərazisində unudulmuş baqaj - Sərnişin alış-veriş zamanı, kafedə və ya digər məkanlarda baqajını unutduqda, bu artıq hava limanının təhlükəsizlik xidmətinin səlahiyyətinə daxildir. Ərazidə patrul edən çevik qrup baqajı aşkar etdikdə onun yeri ilə bağlı akt tərtib olunur və əşya rəsmi qaydada götürülür. Daha sonra həmin baqaj polisə təhvil verilir. Hava limanı unudulan əşyaları özü saxlamır - yalnız tapıb aktlaşdırır və hüquq-mühafizə orqanlarına təqdim edir. Sərnişin isə istənilən vaxt polis bölməsinə müraciət edərək baqajını geri ala bilər”.

Lamiyə Məmmədova 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 Noyabr 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see346

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see311

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see305

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see298

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see288

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see286

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see282

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see277

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see270

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see251

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see248

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see240

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see234

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see233

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see233

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see230

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see218

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri