Icma.az
close
up
RU
Azərbaycanda hər 100 qıza 113 oğlan düşür: “30 yaşından sonra...”

Azərbaycanda hər 100 qıza 113 oğlan düşür: “30 yaşından sonra...”

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Selektiv abort problemi cəmiyyətimiz üçün bir qədər xarakterikdir. Çünki uzun müddət ənənəvi kişi mərkəzli cəmiyyət olmuşuq və burada doğulan uşaqlarda həmişə oğlanlara üstünlük verilib, qız uşaqlarına isə müəyyən mənada seçici (selektiv) yanaşılıb. Bu, arxetiplərimiz və stereotip yanaşmalarımızla bağlıdır. Cəmiyyətdə "oğlan düşmən səfəridir" kimi yanaşmalar mövcud olub”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında sosiloloq Üzeyir Şəfiyev deyib. O bildirib ki, hazırda insanların bir çoxu uşağın qız və ya oğlan olmasının fərqi olmadığını başa düşür:

“Əlbəttə, bu hal bizim cəmiyyətdə mövcuddur. Hətta əhalisi çox olan Çini də bəzən bu göstəricidə qabaqlayırıq. Normal göstərici 102–106 arasındadır, amma bəzən bu rəqəm 202–216-ya qədər də çıxa bilir.  Bundan başqa, mülkiyyət və ailə məsələlərində də oğlan uşağına üstünlük verilir. Çünki kişi mərkəzli cəmiyyətdə ailəni və uşaqları dolandırmaq məsuliyyəti kişilərin üzərinə düşür, cəmiyyət bu öhdəliyi onlara yükləyir. Toyuqlu pizza

Hətta dinimizdə və şəriətdə də bu öz əksini tapıb: mülk bölünərkən oğlan uşağına qız uşağına nisbətən daha çox pay verilir. Çünki ailənin bütün yükü kişilərin üzərindədir. Bu da məhz həmin kişi mərkəzli strukturdan irəli gəlir.  Cəmiyyətdə həmişə belə bir yanaşma hökm sürdüyü üçün oğlan uşaqlarına daha çox maraq göstərilib. Lakin bu gün Bakıda və mərkəzi şəhərlərdə artıq bu hal demək olar ki, yoxdur. Bu tendensiya getdikcə zəifləyir. Belə stereotip yanaşmalar əsasən kəndlərdə və bölgələrdə qalıb. İndi isə insanlar uşağın qız və ya oğlan olmasının fərqi olmadığını başa düşürlər. Əsas odur ki, uşaq yaxşı tərbiyə alsın, vətəninə, dövlətinə, cəmiyyətə və ailəsinə layiq övlad olsun”.

Ü.Şəfiyev əlavə edib ki, Azərbaycanda 30 yaşa qədər əhali arasında üstünlük oğlanların xeyrinədir:

“Yəni bu stereotip yanaşma tədricən azalır və statistikalarda da bu öz əksini tapır. Qadınların kişilərə nisbətən az olmasına gəldikdə, bu tendensiya yalnız 29-30 yaşa qədər olan dövrdə müşahidə olunur. Azərbaycanda 30 yaşa qədər əhali arasında üstünlük oğlanların xeyrinədir. Amma 30 yaşdan sonra qadınların sayı üstünlük təşkil etməyə başlayır. Çünki oğlan uşaqlarının sağlamlıq və yaşama immuniteti qızlara nisbətən zəifdir. Həmçinin bədbəxt hadisələr və döyüşlər zamanı həlak olanlar arasında kişilər üstünlük təşkil edir. Nəticədə, 30 yaşdan sonra statistik olaraq qadınlar üstünlük qazanır. Ahılların statistikasına nəzər salsaq, onların arasında da qadınların daha çox olduğunu görürük. Ümumilikdə ölkə əhalisi üzrə isə bu statistika dəyişməz olaraq qadınların xeyrinədir. Lakin 30 yaşa qədər olan dövrdə, ənənəvi olaraq, hələ də oğlan uşaqları üstünlük təşkil edir”.

Qeyd edək ki, Azərbaycanda 2025-ci ildə doğulan uşaqlar arasında hər 100 qıza 113 oğlan düşüb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu göstərici şəhər yerlərində 110, kənd yerlərində isə 116 olub.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 01 Noyabr 2026 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see358

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see322

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see315

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see309

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see307

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see302

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see295

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see288

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see281

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see259

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see248

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see246

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see243

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see241

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see237

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see225

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see203

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri