Icma.az
close
up
RU
Bakıdan Tbilisiyə ilk əlavə reys 100 faiz doluluqla yola düşüb

Bakıdan Tbilisiyə ilk əlavə reys 100 faiz doluluqla yola düşüb

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 1 noyabr, AZƏRTAC

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) beynəlxalq istiqamətdə artan sərnişin tələbatının qarşılanması və səyahət imkanlarının genişləndirilməsi məqsədilə noyabrın 1-dən Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik 4 reysin icrasına başlayıb.

AZƏRTAC xəbər verir ki, reyslərin artırılması nəticəsində sərnişin yerlərinin sayı 386-dan 564-ə çatdırılıb. Bu isə təxminən 50 faiz artım deməkdir.

Bakıdan Tbilisiyə ilk əlavə reys 100 faiz doluluqla yola düşüb.

Yeni reyslərin istifadəyə verilməsi sərnişinlərə daha aşağı büdcəli səyahət imkanları yaradır. Belə ki, əlavə reyslərdə standart sinif (əvvəlki plaskart vaqonlar) üzrə biletlərin qiyməti 36 manatdan başlayır. Yeni aşağı büdcəli səyahət seçimi sayəsində sərnişinlər biletləri 30 faiz daha ucuz qiymətə əldə edə bilirlər.

Marşrut üzrə bir istiqamətə minimum gediş haqqı Bakıdan Tbilisiyə 54, Yevlaxdan 44, Gəncədən 41, Ağstafadan 38, Böyük Kəsikdən Tbilisiyə isə 36 manat təşkil edir.

Müqayisə üçün qeyd edək ki, Bakıdan Tbilisiyə “Stadler” vaqonlarında komfort sinif üzrə minimum gediş haqqı 77,50, Gəncədən isə 56,80 manatdır.

Əlavə reyslər sərnişinlərə gecə səfərləri ilə yanaşı, gündüz səyahəti imkanı da təqdim edir. Bununla da sərnişinlər Bakı–Tbilisi–Bakı marşrutu üzrə öz planlarına uyğun səfər vaxtını seçə bilirlər.

Yeni qrafikə əsasən, hazırda istismarda olan Bakı–Tbilisi–Bakı qatarı paytaxtdan saat 23:10-da yola düşərək növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Qatar Tbilisidən saat 11:00-da yola düşərək saat 20:26-da Bakı Dəmiryol Vağzalına çatacaq.

Yeni reys üzrə qatar isə hər gün Bakıdan saat 09:10-da yola düşəcək və saat 19:11-də Gürcüstan paytaxtına çatacaq. Əks istiqamətdə qatar saat 22:00-da hərəkətə başlayacaq və növbəti gün saat 07:57-də Bakıda olacaq.

Qeyd edək ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reyslərin istifadəyə verilməsi tərəflərin uzun müddət davam edən birgə hazırlıq, texniki və təşkilati işləri başa çatdırmasından sonra mümkün olub.

ADY beynəlxalq sərnişindaşımada xidmət keyfiyyətinin artırılması, sərnişinlərin rahat və təhlükəsiz səfərlərinin təmin olunması, eləcə də artan tələbatın qarşılanması istiqamətində tədbirləri davam etdirəcək.

Müxbir - Vüqar Qurbanoğlu

Videooperator - Vüsal Taqiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Noyabr 2026 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see358

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see322

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see315

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see309

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see307

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see302

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see295

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see288

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see281

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see259

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see248

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see246

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see243

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see241

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see237

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see225

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see203

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri