Aeroportdan şəhərə taksi qiyməti fantastik səviyyəyə qalxdı
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı aeroportunda bütün taksilərin kənarlaşdırılması və yalnız 1 taksi şirkətinə şərait yaradılmasının acı nəticəsi ortaya çıxıb. Artıq bu şirkətin taksiləri sərnişinləri şəhərə 50-70 manata gətirməyə başlayıb.
Axar.az xəbər verir ki, bu sözləri sosioloq Elçin Bayramlı qeyd edib.
“Taksiyə o qədər pul vermək istəməyən bir çox sərnişin əllərindəki yüklərlə birgə piyada magistral yola gəlib, taksi sifariş edib, ünvana gedirlər.
Bunun qarşısı dərhal alınmalıdır. Aeroport yolundan başqa taksilərin və digər maşınların istifadəsi qadağan edilməlidir.
Yalnız qırmızı taksilərə bu yoldan istifadə etməyə icazə verilməlidir. Yoxsa bəziləri min bir əziyyətlə qurulmuş, dünyada analoqu olmayan monopoliya sistemi pozurlar”, - deyə sosioloq rişxəndlə bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 12 Sentyabr 2025 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















