Icma.az
close
up
RU
Afaq Əsədova: Qlobal transformasiyalar dövründə milli kimliyin qorunması xüsusi əhəmiyyət daşıyır

Afaq Əsədova: Qlobal transformasiyalar dövründə milli kimliyin qorunması xüsusi əhəmiyyət daşıyır

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 19 noyabr, AZƏRTAC

Hər il noyabrın üçüncü cümə axşamı qeyd olunan Dünya Fəlsəfə Günü müasir cəmiyyətdə fəlsəfi düşüncənin, milli kimliyin və mənəvi dəyərlərin rolunun bir daha dərk edilməsi baxımından böyük əhəmiyyət daşıyır. Qlobal transformasiyaların sürətləndiyi, texnoloji yeniliklərin, rəqəmsallaşmanın və geosiyasi dəyişikliklərin cəmiyyətlərin həyatına ciddi təsir göstərdiyi müasir dövrdə milli-mənəvi irsin qorunması aktual məsələlərdən birinə çevrilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Dünya fəlsəfəsi şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru Afaq Əsədova bildirib. O qeyd edib ki, mənəvi dəyərlərin qorunması və inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu siyasətin ideoloji əsaslarının formalaşmasında Ümummilli Lider Heydər Əliyevin milli kimliyin və mənəvi dəyərlərin qorunmasına yönəlmiş fəaliyyəti müstəsna rol oynayıb. Bu gün həmin siyasət Azərbaycan dövləti tərəfindən uğurla davam etdirilir. Milli kimliyin, ana dilinin, adət-ənənələrin, dini və əxlaqi dəyərlərin, ailə institutunun, mədəniyyət və incəsənətin qorunması xalqın mənəvi varlığının və tarixi yaddaşının yaşadılmasının mühüm şərtlərindəndir. Qlobal transformasiyalar yalnız siyasi və iqtisadi münasibətlərdə deyil, sosial, texnoloji və ekoloji sahələrdə də dərin dəyişikliklərlə müşayiət olunur. Dünya nizamında çoxqütblülüyə keçid meyilləri, yeni iqtisadi güc mərkəzlərinin meydana çıxması və beynəlxalq münasibətlər sisteminin yenidən formalaşması dövlətlərin inkişaf strategiyalarına təsir göstərir.

Alim diqqətə çatdırıb ki, texnoloji və rəqəmsal inqilab, süni intellektin və avtomatlaşdırmanın geniş tətbiqi əmək bazarını, insanların gündəlik həyat tərzini və ictimai münasibətləri sürətlə dəyişir. Bununla yanaşı, iqlim dəyişiklikləri, ekoloji böhranlar və yaşıl enerjiyə keçid kimi qlobal çağırışlar ölkələrin inkişaf prioritetlərini yenidən müəyyənləşdirir. Demoqrafik dəyişikliklər, urbanizasiya, əhalinin qocalması və münaqişələr nəticəsində artan miqrasiya axınları da cəmiyyətlərin sosial strukturuna təsirsiz ötüşmür. Qloballaşma və rəqəmsal media isə yerli mədəniyyətləri vahid qlobal informasiya və mədəniyyət məkanı ilə qarşı-qarşıya qoyaraq yeni dəyər sistemlərinin formalaşmasına zəmin yaradır. Belə bir şəraitdə əsas məsələ qlobal yeniliklərə və texnoloji tərəqqiyə açıq olmaqla yanaşı, tarixi köklərə, milli irsə və mənəvi dəyərlərə sadiqliyi qoruyub saxlamaqdır. Milli-mənəvi dəyərlər xalqın əsrlər boyu formalaşmış tarixi təcrübəsini, dünyagörüşünü və özünəməxsusluğunu özündə əks etdirir. Bu məsələlərə fəlsəfi yanaşma milli kimliyin mahiyyətini, cəmiyyətin inkişafında mənəvi dəyərlərin yerini və qlobal dəyişikliklər fonunda insanın mənəvi məsuliyyətini daha dərindən anlamağa imkan verir. Milli-mənəvi dəyərlərin qorunması geniş və çoxşaxəli mövzudur. Bu istiqamətdə ana dilinin, adət-ənənələrin, dini və əxlaqi prinsiplərin, ailə institutunun, mədəniyyətin və incəsənətin ayrı-ayrılıqda araşdırılması vacibdir.

Afaq Əsədova əlavə edib ki, qlobal transformasiyaların siyasi, iqtisadi, sosial, texnoloji və ekoloji aspektlərini, eləcə də onların Azərbaycan cəmiyyətinə təsirlərini bir mövzu çərçivəsində əhatə etmək mümkün deyil. Buna görə də həmin məsələlərin gələcək müzakirələrdə ayrı-ayrı istiqamətlər üzrə təhlilinə ehtiyac var. Alim Dünya Fəlsəfə Günü münasibətilə aparılan müzakirələrin əsas məqsədinin qlobal dəyişikliklər dövründə milli kimliyin və mənəvi dəyərlərin əhəmiyyətinə diqqət çəkmək olduğunu vurğulayıb.

Müxbir - Tünzalə Arazlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2026 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see346

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see333

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see319

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see312

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see289

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see276

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see271

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see254

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see240

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see235

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see234

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see228

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see220

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see217

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see215

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see213

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see213

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see209

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see206

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri