Icma.az
close
up
RU
Almaniyada AfD Saksoniya Anhalt seçkilərində tarixi qələbəyə can atır

Almaniyada AfD Saksoniya Anhalt seçkilərində tarixi qələbəyə can atır

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Almaniyanın şərqində yerləşən Saksoniya-Anhalt əyalətində seçicilər bazar günü səsverməyə gedəcəklər. Diqqətlə izlənilən seçkilər İkinci Dünya müharibəsindən sonra ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının ilk dəfə əyalət səviyyəsində hakimiyyətə gəlməsi ilə nəticələnə bilər. Bu barədə "Reuters" agentliyinin analitik materialında deyilir.

Agentlik yazır ki, 35 yaşlı Ulrix Ziqmundun rəhbərlik etdiyi AfD aylardır rəy sorğularında digər partiyaları qabaqlayır. Bir sıra kiçik partiyaların parlamentə daxil olmaq üçün tələb olunan 5 faizlik baryeri keçə bilməməsi halında AfD-nin mütləq çoxluq qazanmaq şansı da var.

Seçkilər miqrasiya və təhlükəsizlik məsələlərində daha sərt mövqe nümayiş etdirərək AfD-nin yüksəlişinin qarşısını almağa çalışan, lakin reytinqi aşağı düşən kansler Fridrix Mertsin hökuməti üçün mühüm siyasi göstərici hesab olunur.

Son sorğular AfD-nin dəstəyinin 40 faizdən bir qədər yüksək, Mertsin rəhbərlik etdiyi Xristian-Demokrat İttifaqının (CDU) isə təxminən 23 faiz olduğunu göstərir.

AfD-nin mütləq çoxluq əldə etməsi partiyanın digər sistem partiyaları tərəfindən illərdir tətbiq olunan “sanitar kordon” siyasətini, yəni AfD ilə əməkdaşlıqdan imtina praktikasını aradan qaldıra bilər.

Lakin Almaniyanın mütənasib seçki sistemi təkpartiyalı hökumətlərin qurulmasını çətinləşdirir və koalisiya hökumətlərinin formalaşmasını təşviq edir.

AfD mütləq çoxluq qazana bilməsə, ən real ssenarilərdən biri hazırkı əyalət baş naziri Sven Şultsenin rəhbərliyi ilə CDU-nun başçılıq etdiyi hökumətin qurulmasıdır. Koalisiyanın tərkibi isə parlamentə hansı partiyaların daxil olacağından asılı olacaq. Seçkilərdən sonra həftələrlə davam edən koalisiya danışıqları mümkündür.

“AfD-ni artıq dayandırmaq mümkün deyil”

"Reuters" qeyd edir ki, AfD üçün Saksoniya-Anhalt seçkiləri 2029-cu ildə keçiriləcək növbəti federal seçkilərdə ölkə səviyyəsində hakimiyyətə gəlmək ambisiyasının mühüm mərhələsi hesab olunur.

Ziqmund son seçki mitinqində tərəfdarlarına müraciət edərək bildirib ki, nəticədən asılı olmayaraq, AfD artıq “tarix yazıb”. Onun sözlərinə görə, Saksoniya-Anhaltda başlayan və bütün Almaniyanı bürüyən siyasi dalğanı “artıq dayandırmaq mümkün deyil”.

Bununla belə, AfD mütləq çoxluq qazanmasa, Almaniyanın daxili təhlükəsizlik xidməti tərəfindən “ifrat sağçı ekstremist” kimi təsnif edilən partiyanın “sanitar kordon” səbəbindən hökumətə daxil olması çətin görünür.

Nəticə həmçinin parlamentə daxil olacaq partiyaların sayından və 5 faizlik baryeri hansı siyasi qüvvələrin keçəcəyindən asılı olacaq. Sorğular CDU-nun hazırkı koalisiya tərəfdaşı FDP-nin parlamentə daxil olmaq üçün tələb olunan həddi keçməyə biləcəyini, digər tərəfdaş SPD-nin isə 10 faizdən aşağı dəstəyə malik olduğunu göstərir. AfD ilə koalisiyanı tamamilə istisna etməyən BSW-nin də parlamentdən kənarda qalacağı gözlənilir.

Seçicilər arasında əyalət rəhbəri vəzifəsinə ən çox dəstək alan Şultse üçün SPD və Yaşıllarla koalisiya da parlamentdə çoxluğu təmin etməyə bilər. CDU isə çoxluq əldə etmək üçün mümkün tərəfdaşlardan biri hesab olunan Sol Partiya ilə koalisiyanı qəti şəkildə istisna edir.

Digər variant Şultsenin rəhbərliyi altında azlıq hökumətinin qurulması və onun Sol Partiyanın parlamentdəki passiv dəstəyinə arxalanmasıdır. Oxşar model qonşu Türingiya əyalətində də tətbiq olunub.

İlkin nəticələrin seçki məntəqələri bağlandıqdan dərhal sonra, bazar günü saat 18:00 radələrində açıqlanması gözlənilir.

Hazırladı:

S.ELAY

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Sentyabr 2026 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri