AFFA: Azərbaycan Premyer Liqasının yeni formatı bu ay açıqlanacaq
Icma.az, Teleqraf.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünün formatına yaxın 2-3 həftə ərzində AFFA İcraiyyə Komitəsinin iclasında aydınlıq gələcək.
Teleqraf.com xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev CBC Sport-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, toplantıda hazırkı durumda gündəmdə olan suallarla bağlı yekun qərarlar açıqlanacaq: "İclasda çempionatın formatı da müəyyənləşəcək. Hər bir formatın müsbət və mənfi tərəfləri olur. Fikirlər müxtəlifdir. Beynəlxalq təcrübə ilə tanış olmuşuq. Bizə müəyyən vaxt lazımdır. Məsələyə növbəti iclasda tam baxılacaq".
Hacıyev bildirib ki, hazırkı formata əsasən, Premyer Liqada sonuncu yeri tutmuş komanda çempionatı tərk etməlidir. Lakin onun fikrincə, AFFA İcraiyyə Komitəsində müxtəlif qərarlar qəbul oluna bilər: "Düşünürəm ki, sonuncu pillənin sahibinin tam olaraq, çempionatda qalması düzgün olmazdı. Ən azı intriqanı gündəmdə saxlamaq üçün pley-off oyunu keçirilməlidir".
Qeyd edək ki, 2025/2026 mövsümündən Azərbaycan Premyer Liqasında komanda sayı 10-dan 12-yə yüksəldiləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 04 Fevral 2025 22:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















