Azərbaycan Premyer Liqasının lideri “Sabah” yeni transferə hazırlaşır
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Misli Premyer Liqasının lideri “Sabah” klubu transfer çalışmalarını davam etdirir.
İdman.Biz futbolinfo.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi heyətinə daha bir legioner qatmaq niyyətindədir.
Klub rəhbərliyi yalnız cari mövsümü deyil, həm də komandanın gələcəyini düşünərək təcrübəli futbolçularla yanaşı, gənc əcnəbilərin transferini gündəmə gətirib. Bu çərçivədə “Sabah”ın heyətinə qatmaq istədiyi oyunçulardan biri Qana Premyer Liqasında çıxış edən “İnter Allies” klubunun 19 yaşlı mərkəz müdafiəçisi Maksvell Azafokpedir.
Gənc futbolçu ilə danışıqlar aparılır və “Sabah” onu qış transfer dönəmində ölkəmizə gətirməyə çalışır. Müqavilə uğurla nəticələnəcəyi halda, M.Azafokpe mövsümün qalan hissəsini əvvəlcə əvəzedici heyətdə keçirəcək.
Qeyd edək ki, Maksvell Azafokpe 2024-2025-ci illərdə Qananın U-20 yığmasında altı oyun keçirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 15 Yanvar 2026 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















