AFFA bu klubları cərimələdi
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
AFFA İntizam Komitəsinin iclası keçirilib. Modern.az xəbər verir ki, toplantıda X turun oyunlarında qeydə alınan pozuntulara hüquqi qiymət verilib.
“Turan Tovuz” - “Sabah” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə meydan sahibləri 2500 manat cərimə edilib. Bundan əlavə, 5 futbolçusu sarı vərəqə aldığı üçün “Sabah” 700 manat cərimə ödəyəcək.
“Qarabağ”la oyunda “Zona 1” ərazisində kənar şəxslər olduğu üçün “Qəbələ” 1000 manat cərimə olunub. Həmin görüşdə Zakaria Savonun formasında adının yazılışında Azərbaycan əlifbasında olmayan hərfdən istifadə edildiyi üçün “Qarabağ” 1500 manat ziyana düşüb.
Qarşılaşma bitdikdən sonra azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyi üçün “Qarabağ” daha 3000 manat ödəyəcək.
“Neftçi” ilə oyununun fasiləsində meydançaya kənar şəxslər daxil olduğuna görə “Şamaxı” 2500 manat cərimə edilib. Klubun fotoqrafı tərəfindən Əsasnamənin tələbləri pozulduğu üçün “Neftçi” 500 manat cərimə edilib.
“Sumqayıt”la oyununda 5 futbolçusu sarı vərəqə aldığı üçün “Şəfa” 700 manat cərimə edilib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 03 Noyabr 2026 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















