Icma.az
close
up
RU
Con Spenser: Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir

Con Spenser: Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 3 noyabr, AZƏRTAC

44 günlük Vətən müharibəsində Azərbaycanın hərbi əməliyyatları yalnız pilotsuz uçuş aparatlarının tətbiqi ilə deyil, mürəkkəb quru əməliyyatları, qoşunların koordinasiyası və düşmənin yanlış istiqamətə yönəldilməsi ilə də səciyyələnib. Xüsusilə, genişmiqyaslı aldatma əməliyyatının planlaşdırılması və icrası müasir müharibə təcrübəsi baxımından mühüm əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri amerikalı hərbi ekspert Con Spenser Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM) və Bakı Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” (“The War for Karabakh”) kitabının təqdimat mərasimində açıqlamasında deyib.

Kitabın həmmüəllifi olan Con Spenser bildirib ki, Azərbaycan Ordusu müxtəlif istiqamətlərdə döyüş əməliyyatlarını davam etdirərkən, bəzi hallarda müdafiə xəttini yarmaq mümkün olmadıqda, alternativ planlara keçib.

"Bu baxımdan, düşməni yanlış istiqamətdə əsas hücumun həyata keçirildiyinə inandırmaq məqsədi daşıyan aldatma əməliyyatı xüsusi diqqət çəkir. Qarabağda tətbiq olunan bu yanaşma müasir hərb tarixində aldatma əməliyyatlarının nə qədər genişmiqyaslı və çoxşaxəli ola biləcəyini göstərir. Əməliyyatın nəticəsi düşmənin diqqətini əsas istiqamətdən yayındırmaq, müdafiə qüvvələrinin yerləşməsinə təsir göstərmək və digər istiqamətlərdə hərbi fəaliyyət üçün imkan yaratmaq baxımından əhəmiyyətli olub", - deyə o əlavə edib.

Fotoqraf - İlkin Cavanşirov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Noyabr 2026 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see425

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see395

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see383

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see300

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see287

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see280

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see280

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see275

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see268

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see264

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see247

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see241

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see240

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see237

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see236

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see236

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see235

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see233

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see230

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri