Icma.az
close
up
RU
AFFA dan “Neftçi”yə çağırış: Mübahisəli epizodlar rəsmi müzakirəyə çıxarılır

AFFA dan “Neftçi”yə çağırış: Mübahisəli epizodlar rəsmi müzakirəyə çıxarılır

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) son günlər hakim qərarları ilə bağlı yaranmış müzakirələrə münasibət bildirib.

İdman.Biz qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkə futbolunun ali idarəedici orqanı fəaliyyətini beynəlxalq standartlara, xüsusilə UEFA və FIFA prinsiplərinə uyğun şəkildə həyata keçirir.

Bildirilib ki, AFFA-nın əsas prioritetləri ədalətli oyun, şəffaf idarəçilik, bərabər münasibət və futbol ictimaiyyətinin etimadının qorunmasıdır. Son dövrlərdə Hakimlər Komitəsi və Hakimlər Departamentində aparılan islahatların da məhz bu prinsiplərin möhkəmləndirilməsinə xidmət etdiyi vurğulanıb. Hakimlərin təyinatı, qiymətləndirilməsi və VAR prosedurlarının beynəlxalq təlimatlara uyğun icra olunduğu, proseslərin institusional əsaslarla daha da təkmilləşdirildiyi diqqətə çatdırılıb.

Açıqlamada o da xatırladılıb ki, ötən ilin sonunda qəbul edilmiş qərara əsasən, hər klub mövsüm ərzində mübahisəli oyun epizodları ilə bağlı VAR yazılarına baxış üçün üç dəfə rəsmi müraciət etmək hüququna malikdir. Qurum bu mexanizmin şəffaflığın artırılmasına və sualların institusional qaydada cavablandırılmasına xidmət etdiyini bildirib.

AFFA bəyan edib ki, son günlər “Neftçi” PFK tərəfindən Misli Premyer Liqasının 2025/2026 mövsümündə hakim qərarları ilə bağlı etiraz xarakterli açıqlamalar yayılıb. Yaranmış vəziyyətdə spekulyativ məlumatların dövriyyəyə buraxılmasının və ictimai rəyə təsir cəhdlərinin qarşısını almaq məqsədilə Hakimlər Komitəsinin klubun təqdim etdiyi bütün mübahisəli epizodları peşəkar, obyektiv və hüquqi çərçivədə müzakirə etməyə hazır olduğu vurğulanıb.

Qurum bu məqsədlə “Neftçi” PFK-nın rəsmi nümayəndələrini AFFA-ya dəvət etdiyini, təqdim olunan epizodların detallı təhlilinin aparılacağını və mövcud sualların cavablandırılacağını bəyan edib.

Sonda AFFA bütün klubları birtərəfli açıqlamalardan çəkinməyə, emosional ritorika əvəzinə institusional dialoqa üstünlük verməyə və Azərbaycan futbolunda sağlam mühitin qorunması naminə qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə sadiq qalmağa çağırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 02 Mart 2026 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri