Icma.az
close
up
RU
AFFA nın “Neftçi” qorxusu: Sağlam rəqabət yox, cəza siyasəti

AFFA nın “Neftçi” qorxusu: Sağlam rəqabət yox, cəza siyasəti

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bir az keçmişə qayıtmaq istəyirəm - 2020/21 mövsümünə. Həmin mövsüm ki, Samir Abasovun rəhbərliyi altında “Neftçi” “Qarabağ”ın 7 illik hegemoniyasına son qoyaraq Premyer Liqanın zirvəsinə qayıtmışdı. Elə həmin Samir Abasov idi ki, son turda əzəli rəqibi Qurban Qurbanovun komandasını minimal hesabla məğlub etmişdi. Bütün bunlar bu qədər yaxın keçmişdə baş vermişkən, nəyə görə indi hamı bunları unudur və hələ də “Neftçi”ni, Samir Abasovu tənqid edir?

Samir Abasov ötən mövsümün ikinci yarısında “Sumqayıt”ı tərk etdikdən sonra həmin komanda hələ də belini doğrulda bilməyib. İndi deyəcəksiniz ki, “bütün bunları niyə xatırladıram?”. Çünki bu faktları unutdurmağa çalışanlar, “Neftçi”yə və Samir Abasova qarşı qaralama kampaniyası aparanlar, əslində, bu klubun dirçəlməsini, yenidən ayağa qalxmasını istəməyən şəxslərdir.

Həmin insanlar iddia edirlər ki, Samir Abasov ötən mövsümün ikinci yarısından “Neftçi”nin başına keçəndən komandanı uçuruma aparıb, çoxlu transfer olunub, amma nəticə yoxdur. Amma bir həqiqət də var ki, ötən mövsüm bu adam tam özünə aid olmayan bir komanda ilə Azərbaycan Kubokunda yarımfinala qədər irəliləmişdi. 

Mövsüm başlayalı cəmi 3 ay olub, lakin artıq ilk həftələrdən “Neftçi”dən liderlik, dominant futbol və möhtəşəm qollar tələb edirlər. Bunu başa düşmək olar. Güclü komandalardan gözləntinin böyük olması normaldır. Bu da bir daha “Neftçi”nin potensialını göstərir.

Hazırda 15 xalla yeddinci sırada qərarlaşan “ağ-qaralar” göstərdikləri oyunla gələcək üçün ümid işığının hələ də yanmaqda olduğunu bizlərə göstərir. Bu mövsüm avrokuboklarda çıxış edən 4 komandanın üçü ilə heç-heçə edən Bakı təmsilçisinin “Qarabağ”ı məğlub edə biləcəyi fikrinə inananlar da az deyildi. Bu inamı azarkeşlərdə və futbol ictimaiyyətində yaradan, oynatdığı dominant futbolla Samir Abasov və etdiyi ulduz transferlərlə “Neftçi” rəhbərliyidir.

“Zirə” ilə oyunun ikinci hissəsində “Neftçi”nin nəyə qadir olduğunu nümayiş etdirən, son dəqiqələrdə verilməyən penaltiyə baxmayaraq günahı ilk növbədə özündə axtaran baş məşqçini niyə əlinizdən buraxmalısınız? Çempionluq iddiası ilə liqada addım-addım irəliləyən “Turan Tovuz”a qarşı 10 nəfərlə mübarizə aparan da bu komandadır. Sadəcə oyunun ilk dəqiqələrində buraxılan qol və hücum xəttindəki şanssızlıqlar “Neftçi”nin həmin görüşdən xal və ya xallar qazanmasına mane oldu. Bununla belə, meydanda göstərilən iradə və mübarizə ruhu komandanın doğru istiqamətdə olduğunu bir daha təsdiqlədi.

Demək istədiyim odur ki, Samir Abasova bir az vaxt verin, ona inanın. Onsuz da illərdir hər cür variant sınanıb. Komandanın potensialı var, gələcək çempionluqların fitilini alışdıracaq heyət onun əlindədir. Bunun üçün sadəcə Kloppa “Liverpul”da, Artetaya “Arsenal”da, Simeoneyə “Atletiko”da göstərilən etimadın bir bənzərinə Samir Abasovun ehtiyacı var.

Gələk Azərbaycan derbisində baş verən və son günlər müzakirələrin əsas mövzusuna çevrilən Samir Abasovun “təhqir məsələsi”nə. Misli Premyer Liqasının XI turunda “Qarabağ” öz meydanında “Neftçi”ni 2:0 məğlub etdi. Oyunun final fitindən dərhal sonra koridora yollanan “ağ-qaralar”ın baş məşqçisi orada qeyri-etik ifadə işlətdi. AFFA da videolentə alınan bu anları sübut kimi qəbul edib klub və baş məşqçini cəzalandırdı. 

Əgər söhbət oyundan sonrakı emosional anların qiymətləndirilməsindən gedirsə, buyurun, bir çıxış yolu təklifim var: Soyunub-geyinmə otaqları və dəhlizlərə İspaniya La Liqasındakı kimi kameralar quraşdırılsın. Bu həm şəffaflığı artırar, həm də AFFA-nın işini daha da asanlaşdırar. Ondan sonra Samir Abasov və “Neftçi”yə deyil hər komandaya komandanın baş məşqçisinə 20 min nədi, 40-50 min manat cərimə yazılacaq.

Samir Abasova verilən 10 min manat və 4 oyunluq cəzanın nə hüquqi əsası, nə də qaydalara uyğunluğu var. Aydın görünür ki, futbol qurumumuz komandaların sağlam rəqabət aparmasından daha çox, əl-ələ verərək, sanki “humanistlik çərçivəsində” oyunların keçirilməsini arzulayır.

Nələr baş verəcəyini zaman göstərəcək. Amma hazırkı gedişat futbolun inkişafına yox, daha çox geriləməsinə doğru aparır desək, yanılmarıq.

"Turan Tovuz"un “Traktor”la yoxlama oyunu ləğv olunub Limitin ləğvindən sonra yerli futbolçular üçün şans - MOİK "Araz-Naxçıvan" "Trabzonspor"la qarşılaşacaq Salah Suarezi geridə qoydu Pulişiç ən yaxşısı seçilib
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://apasport.az
archiveBu xəbər 15 Noyabr 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see356

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see348

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see268

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see261

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see253

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see245

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see243

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see242

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see236

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see236

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see226

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see219

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see215

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see212

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see206

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see202

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see198

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see196

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see193

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri