“Premyer Liqaya rəng qatacağıq” Azər Bağırov
Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
Misli Premyer Liqasının X turu çərçivəsində öz meydanında “Neftçi”yə 2:3 hesabı ilə məğlub olan “Şamaxı”nın baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı
Futbolpress.az xəbər verir ki, təcrübəli mütəxəssis gərgin keçən qarşılaşmanı və buraxılan imkanları dəyərləndirib.
– Axşamınız xeyir olsun. Əslində, çox maraqlı oyun alındı və futbolçularım üçün böyük təcrübə oldu. Matç gözlədiyimiz kimi “Neftçi”nin təzyiqi ilə başladı, lakin uşaqlar bu təzyiqi aradan qaldıra bildilər. Birinci hissədə 100%-lik real qol epizodlarımız oldu, lakin əfsuslar olsun ki, həmin imkanları dəyərləndirib hesabda önə çıxa bilmədik. Mənə elə gəlir ki, bundan sonra daha güclü və hazırlıqlı olmalıyıq. Meydanda hər cür hadisə baş verə bilər və biz bütün təzyiqlərə sinə gəlməliyik. “Neftçi”ni qələbə münasibətilə təbrik edirəm.
– Azər müəllim, ilk olaraq keçmiş olsun. Siz qeyd etdiniz ki, matç “Neftçi”nin təzyiqi ilə başlayıb, lakin rəqibin baş məşqçisi Yuri Vernidub bunun əksinə, sizin daha üstün oynadığınızı bildirdi. Həmin epizodlarda fərqlənmək üçün nə çatmadı?
– Bilirsiniz, elə anlar olur ki, onu nə qədər müzakirə etsən də, bəzən alınmayanda alınmır. Doğrudan da, birinci hissədə Oruc Məmmədov və Rui Paşekonun 100%-lik qol epizodları oldu. Mənə elə gəlir ki, orada əsas amil bəxtsizlik idi. Görünür, qədərimizdə bu gün məğlub olmaq, həmin qolların isə vurulmaması var idi. Yenə deyirəm, biz daha güclü və hazırlıqlı olacağıq, bəsit qollar buraxmamağa çalışacağıq və inşallah, Premyer Liqaya rəng qatacağıq.
Ayxan Zayıdzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 01 Noyabr 2026 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















