Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

AFFA nın texniki direktoru “Kəpəz”in qonağı oldu

AFFA nın texniki direktoru “Kəpəz”in qonağı oldu

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

AFFA-nın texniki direktoru Edmond Klaus və onun köməkçisi Ramiz Kərimov “Kəpəz” Məşq Mərkəzi və Futbol Akademiyasının qonağı olublar.

Futbolpress.az xəbər verir ki, qonaqları səmimi qəlbdən salamlayan “Kəpəz” PFK İB-nın sədri Anar Abdullayev bildirib ki, Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə idmanın bütün sahələrinə, o cümlədən futbolun inkişafına önəm verilir:

“Dövlət başçımız bu il oktyabrın sonlarında tarixdə ilk dəfə U-15 dünya çempionatının Bakıda yüksək səviyyədə təşkil olunması tapşırığını verib. Bu məqsədlə paytaxtın Hövsan qəsəbəsində 10 meydança inşa olunur. Festival şəklində keçiriləcək və əsl futbol bayramına çevriləcək bu yarış zamanı Azərbaycan dünya futbolunun diqqət mərkəzində olacaq. Həmçinin gələn il 20 yaşadək futbolçular arasında dünya çempionatının oyunları ölkəmizdə təşkil ediləcək”.

Gəncədə müasir standartlara uyğun stadion tikildiyini söyləyən A.Abdullayev AFFA-nın “Kəpəz”ə göstərdiyi dəstəkdən, eləcə də akademiyanın planlarından söz açıb:

“Bizim AFFA ilə çox yaxşı əlaqələrimiz mövcuddur. “Kəpəz” Futbol Akademiyasının lazımi inventarlarla təmin olunması üçün AFFA tərəfindən daima dəstək göstərilir. Ümumiyyətlə, Gəncə, “Kəpəz” Azərbaycan futbolu tarixində ən mühüm yerlərdən birini tutur. Təsadüfi deyil ki, böyük futbol ənənələrinə malik bu bölgədə saysız-hesabsız ulduzlar yetişib, futbolumuzun inkişafına töhfə verilib. Hazırda “Kəpəz” Futbol Akademiyasının 13 komandasında 260 uşaq futbolla məşğul olur. Akademiyanın inkişafı, gələcəkdə “Kəpəz”in heyətində məhz yerli futbolçuların oynaması bizim üçün prioritet təşkil edir. Aşağı yaş qruplarından ibarət çempionatlarla bağlı sizin yeni təkliflərinizlə tanışıq, bu barədə akademiyanın koordinatoru və məşqçilərlə müzakirələr aparmışıq. AFFA rəhbərliyinin, o cümlədən sizin tövsiyələrinizi, layihələrinizi həyata keçirməyə məmnuniyyətlə hazırıq. İnanıram ki, bizim birgə planlarımız Azərbaycan futbolu, xüsusilə ölkəmizin ən köklü klublarından sayılan “Kəpəz” üçün səmərəli olacaq”.

Görüşün təşkilinə görə minnətdarlığını bildirən AFFA-nın texniki direktoru Edmond Klaus Azərbaycanda uşaq futbolunun inkişafı ilə bağlı ideyalarından danışıb. Niderlandlı mütəxəssis vurğulayıb ki, məqsəd yaxın gələcəkdə ölkəmizdə yeni futbolçu nəsli yetirdirməkdir: “Kəpəz”də sizin gördüyünüz işlər səbir, əzm, güc tələb edir. Burada əsas komandaya futbolçu yetişdirmək çətindir. Ona görə mən aşağı yaş qruplarından ibarət çempionatlarda format dəyişikliyini irəli sürmüşəm. Qarşımıza uzunmüddətli ekosistem yaratmaq vəzifəsi qoyulub. Əlbəttə, bu sistemin ilkin cücərtilərini yaxın zamanlarda görməliyik. Albert Eynşteyn demişkən, nə etmisənsə, artıq nəticəsini görmüsən, belə davam etsən, heç nə dəyişməyəcək. Deməli, biz nələrisə dəyişməliyik. İnkişafa nail olmaq üçün AFFA və klublar arasında vəhdət işin aparılması məqsədəuyğundur”.

Daha sonra “Kəpəz” PFK İB-nın İdarə Heyətinin sədri Anar Abdullayev qonaqları akademiyadakı şəraitlə, Gəncə Şəhər Stadionu və ehtiyat meydançalarla tanış edib.

Ardınca AFFA-nın texniki direktoru Edmond Klaus “Kəpəz” Futbol Akademiyasının koordinatoru Vasif Vəliyev, eləcə də məşqçi və texniki heyətlə görüş keçirib, onlara aşağı yaş qrupları üzrə çempionatların təşkili, fəaliyyət konsepsiyası barədə danışıb, yarışların yeni formatı ətrafında tərəflər arasında fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 03 Oktyabr 2026 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see582

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see335

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see269

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see267

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see264

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see252

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see250

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see247

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see239

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see232

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see230

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see217

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see213

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see212

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see208

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see206

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see203

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see190

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see177

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri